Bir həftə əvvəl ürəyindən əməliyyat olunan qadın bədbəxt hadisə nəticəsində öldü

Bir həftə əvvəl ürəyindən əməliyyat olunan qadın bədbəxt hadisə nəticəsində öldü
SOSİAL
11:16 21.02.2023
198
Şəkidə 63 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Baş Layısqı kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Gülbahar Hüseynova yaşadığı evin həyətində yıxılaraq başından xəsarət alıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Məlumatlara görə, G.Hüseynova 1 həftə əvvəl ürəyindən əməliyyat olunub və onun ürəyinə stent qoyulub.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR