"Bir ildir həyat yoldaşımdan ayrılmışam" - Vəfa etiraf etdi

"Bir ildir həyat yoldaşımdan ayrılmışam" - Vəfa etiraf etdi
MAQAZİN
13:04 18.12.2025
221
"Bir ildir o insanın həyatında yoxam. Onu sizə verirəm, məndən də, uşaqlarımdan da əl çəkin!"
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğınni Vəfa Şərifova sosial media hesabının hekayə bölməsində yayımladığı videomüraciətdə deyib.
 
O, qalmaqal yaşadığı həmkarı Afət Fərmanqızının "Uşaqlarının atası yoxdur, olsa sənədlərini göstərərdin" sözlərinə qarşılıq olaraq övladarının sənədlərinin fotosunu yayımlayıb:
 
"Mənim uşaqlarımın atası var, sənəddə də görünür. Familin əsl adı Veyisdir, övladlarına da adını, soyadını verib. Onların sənədi olmasa idi nə olacaqdı? Bundan sizə nə? Bəsdirin, məndən və övladlarımdan əl çəkin. Mən bir ildir Famillə ayrılmışam, onu sizə verirəm. Mən on il ərzində sadəcə bir insanla bərabər olmuşam, sən isə gündə biri ilə. Sənin problemin mənimlə yox, Famil ilə idi".
 
Aysel

 

 


 

 


OXŞAR XƏBƏRLƏR