Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib

Bir İtaliya, 12 Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
SOSİAL
00:38 01.03.2026
263
ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi davam edir.

AZXEBER.COM xəbər verir ki, fevralın 28-i saat 08:00-dan martın 1-i saat 00:00-dək ümumilikdə 12 vətəndaşın İrandan təxliyəsi həyata keçirilib.

İrandan təxliyə edilən vətəndaşlardan üçü azyaşlıdır.

Bununla yanaşı, bir İtaliya vətəndaşı da "Astara" sərhəd-keçid məntəqəsindən Azərbaycana keçib.
OXŞAR XƏBƏRLƏR