Bir kəndin sakinləri lotoreya oynadı - 143 milyon qazandı

Bir kəndin sakinləri lotoreya oynadı - 143 milyon qazandı
DÜNYA
00:06 12.12.2022
511
Belçikanın Olmen kəndində birgə şans oyunu oynayan 165 nəfər təxminən 143 milyon avroluq böyük mükafatı qazanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Avropada 7 rəqəmi təxmin etməklə oynanılan ədədi şans oyununda baş mükafat Antverpendəki Olmen kəndində 165 nəfərin birgə oynadığı kupona verilib.

Euro-Millions tərəfindən edilən açıqlamada uduşlu biletin Olmendə satıldığı və əslində 165 oyunçudan ibarət qrupa aid olduğu tirajdan bir neçə gün sonra məlum olub.

Qrup De Pershoek kitab mağazasında görüşüb və qrupun hər bir üzvü iştirak etmək üçün 15 Avro ödəyib.

Pulun məbləği çox olduğundan hər oyunçuya təxminən 1 milyona yaxın avro veriləcək.

Aydın


OXŞAR XƏBƏRLƏR