“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubileyi qeyd olundu

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik yubileyi qeyd olundu
SOSİAL
16:19 18.12.2025
264
"Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə dekabrın 18-də "10 il birlikdə” adlı yubiley tədbiri keçirilib. 
 
AZXEBER.COM xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.
 
Yubiley tədbirində dövlət qurumlarının rəsmiləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.
 
Tədbir Azərbaycan Milli Konservatoriyasının tələbələrindən ibarət xor kollektivinin ifasında Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb. 
 
Daha sonra "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, təşkilatın son 10 il ərzində həyata keçirdiyi layihələr və əldə etdiyi nəticələr barədə geniş təqdimat göstərilib. Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə qurub, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 896 könüllü saatı qeyd olunub. "Bir Könüllü” təşkilatı hazırda 45 minə yaxın iştirakçı ilə 44 təhsil müəssisəsini əhatə edir.
 
Tədbirin rəsmi hissəsində çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin ictimai fəallığının artırılması və sosial məsuliyyətin təşviqi baxımından könüllülük fəaliyyətinin əhəmiyyətini vurğulayıb. Firudin Qurbanov gənclərin əldə etdiyi uğurların ölkədə həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, elm və təhsil sahəsində aparılan ardıcıl islahatların nəticəsi olduğunu diqqətə çatdırıb. Nazir müavini vurğulayıb ki, gənclərin bilik, bacarıq və yaradıcılıq potensialının üzə çıxarılması dövlət üçün prioritet məsələlərdəndir.

Firudin Qurbanov çıxışında, eyni zamanda, əsas məqsədin yaradıcı cəmiyyətin formalaşdırılması olduğunu diqqətə çatdırıb. Bildirib ki, müasir dövrdə təhsil yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalı, yaradıcı düşüncəyə, təşəbbüskarlığa və innovativ yanaşmalara əsaslanmalıdır. Nazir müavini əlavə edib ki, bu istiqamətdə həyata keçirilən layihələr gənclərin intellektual inkişafına, milli dəyərlərə bağlı, müasir dünyagörüşlü və rəqabətqabiliyyətli kadrların yetişdirilməsinə xidmət edir.

Nazir müavini çıxışının sonunda gəncləri bilik və bacarıqlarını artırmağa, təşəbbüskar və məsuliyyətli olmağa çağırıb.

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov bildirib ki, könüllülük Azərbaycan xalqının mədəni və mənəvi dəyərlərində hər zaman mövcud olub, müstəqillik dövründə isə bu fəaliyyət daha sistemli və məqsədyönlü şəkildə inkişaf etməyə başlayıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt və Prezident İlham Əliyevin könüllülərə göstərdiyi diqqət və dəstək nəticəsində bu sahə mühüm inkişaf mərhələsinə qədəm qoyub. 

Sektor müdiri vurğulayıb ki, könüllülər vətəndaş cəmiyyəti hərəkatının fəal üzvləri kimi dövlətə və cəmiyyətə mühüm töhfə verirlər. Könüllü hərəkatlarının vahid platforma əsasında fəaliyyət göstərməsi bu sahənin daha da güclənməsinə şərait yaradıb və könüllülük yalnız tədbirlərlə məhdudlaşmayaraq cəmiyyət üçün faydalı müxtəlif istiqamətləri əhatə edir. 

Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxışında bildirib ki, könüllülük gənclər üçün yalnız sosial fəaliyyət deyil, eyni zamanda onların şəxsi inkişafı, məsuliyyətli vətəndaş kimi formalaşması üçün mühüm bir məktəbdir.  Yusif Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin 2019-cu ildə könüllülüklə bağlı çağırışından sonra bu sahədə ciddi irəliləyişlər əldə olunub və hazırda 32 dövlət qurumunda könüllü təşkilatları fəaliyyət göstərir. 

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov könüllülük fəaliyyətinin insanlara dəyərli təcrübə, bacarıqlar, yeni əlaqələr və sosial şəbəkə qazandırdığını qeyd edib. Millət vəkili əlavə edib ki, könüllülük fəaliyyətinə təcrübəli, o cümlədən təqaüdə çıxmış müəllimlərin də cəlb edilməsi faydalı ola bilər. Onun sözlərinə görə, bu təşəbbüs həm həmin şəxslər üçün motivasiya və sosial fəallıq yaradacaq, həm də gənclərin və gənc müəllimlərin formalaşmasına mühüm töhfə verəcək.

Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev öz növbəsində bildirib ki, könüllülük fəaliyyəti gənclərin həm şəxsi inkişafında, həm peşəkar həyatında, həm də gələcək karyera yolunda mühüm rol oynayır və bu sahə dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. O həmçinin qeyd edib ki, BMT tərəfindən 2026-cı ilin "Könüllülər İli” elan olunması könüllülük hərəkatının həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə inkişafı üçün yeni imkanlar yaradacaq.

Tədbir çərçivəsində  "BİRlikdə yazılan hekayə” videoçarx nümayişindən sonra "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.
 

Tədbir bədii hissə ilə davam edib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb  - FOTOLAR
21:43 18.09.2026
Göygöl rayonunun Üçtəpə kəndində qanunsuz tikili sökülüb - FOTOLAR
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
21:30 18.09.2026
Narkotikə görə saxlanılan məşhurlardan xəbər var
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
21:16 18.09.2026
Qohum nikahı qadağası ilə bağlı iddia - Açıqlama
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
21:13 18.09.2026
Sumqayıtda 4 yaşlı uşağı avtobus vurub öldürdü
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
20:53 18.09.2026
30 ildir astma xəstəsi olan şəxsin əlilliyi səhv qeyd olunub? - Video
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
20:44 18.09.2026
Sürücülər NƏZƏRİNƏ: Bakının mərkəzi küçələrindən biri BAĞLANIR
Sevda Saleh Məmmədzadə vəfat etdi
20:32 18.09.2026
Sevda Saleh Məmmədzadə vəfat etdi
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
20:15 18.09.2026
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
20:12 18.09.2026
“Neftçi” 1000-ci oyununda qələbə qazandı
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
19:37 18.09.2026
Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb
19:34 18.09.2026
Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb