"Bir mahnı ilə məni bütün dünya tanıdı" - Kəmalə

"Bir mahnı ilə məni bütün dünya tanıdı" - Kəmalə
MAQAZİN
10:33 05.08.2025
189
"Mən "TokTok"dan gələn müğənniyəm, bunu inkar etmirəm. Mən o platformada sevilmişəm, trendlərim oradan başlayıb".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Kəmalə Günəşli deyib.
 
Sənətçinin iddiaları bununla da bitməyib.
 
O, bildirib ki, mahnılarının sayəsində artıq onu bütün dünyada tanıyırlar:
 
"Müğənni var televizitadan tanınır, müğənni var "youtube"dan tanınır. Mən isə "TokTok"dan gələn müğənniyəm, bunu inkar etmirəm. Mən o platformada sevilmişəm, trendlərim oradan başlayıb. "Tamara" mahnım orda bir partlayış yaratdı və deyərdim ki, dünyaya səs saldı, məni tanıtdı. Rusyada, Türkiyədə, Gürcüstanda çox sevildi. Hətta mənim adım belə Tamara qaldı, mənə "Tamara xanım" deyə səslənirlər. Heç Kəmalə Günəşli deyən yoxdur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR