"Bir mahnıdan 17 min dollar qazanmışam" - Şəbnəm

"Bir mahnıdan 17 min dollar qazanmışam" - Şəbnəm
MAQAZİN
11:01 14.03.2025
178
Şəbnəm Tovuzlu, "youtube"də bir mahnıdan qazandığı pulu açıqlayıb.
 
AZXEBER.COM xəbər verir ki, "Rəngarəng" verilişində danışan müğənni "Ömrüm-günüm" mahnısından 17 min dollar (28.900 AZN) qazandığını deyib.
 
"Ömrüm-günüm mahnısı mənə 17 min dollar pul qazandırıb. Ondan sonrakı mahnılarımda amma qazancım bir o qədər çox olmayııb, hardasa 4-5 min dollar arası. Şöhrət mənə mahnını verəndə demişdi ki, sənə uğur gətirəcək".

Qeyd edək ki, mahnının sözləri və musiqisinin müəllifi Şöhrət Məmmədovdur.
 
Aysel
OXŞAR XƏBƏRLƏR