Bu yaxınlarda evlənməyi düşünən və hətta bütün toy xərclərini ödəməyi üzərinə götürən sponsorlar da olmasına baxmayaraq futbolçu Arda Turan və aktrisa Sinem Kobalın toyu növbəti dəfə təxirə salınıb.
Anspress-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb olaraq Ardanın İstanbula tez-tez gələ bilməməsi göstərilib. İspaniyanın “Atletiko Madrid” klubunda oynayan Arda toy hazırlıqlarına yetərincə vaxt ayıra bilmir. Cütlük dekabrın 26-na təyin edilən toyu 2014-cü ilin yayına kimi təxirə salıb. Xatırladaq ki, 2009-cu ildən etibarən görüşməyə başlayan sevgililər ötən il nişanlanıblar. Onların toyunun bir milyon dollara başa gələcəyi deyilirdi.