Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan ölkədə baş verən siyası qalmaqallardan danışdı. Baş nazir TRT kanalı vasitəsilə bəzi qaranlıq məqamlara aydınlıq gətirib.Ərdoğan son günlər gündəmdə olan telefon danışıqlarının dinlənməsi barədə açıqlama verərək, bu əməli sərt şəkildə tənqid edib. Baş nazir bu əməlin vətənə xəyanət olduğunu və bunun Türkiyə Cümhuriyyətinə qarşı olan dövlətlərin xüsusi planları olduğunu deyib.“Mənim telefon danışıqlarımı dinləyiblər. Ailəmlə, dostlarımla, tanışlarımla danışıqlarım dinlənib. Oğlumun, həyat yoldaşımın, qızımın telefon danışıqları dinlənib. Bu qanuna ziddir! Şəriətdə də bu haramdır. Bir müsəlman digər müsəlmanı güdərmi? İslam dinində bu varmı? Telefon danışıqlarımızla bizi şantaj edirlər. Bu həm də beynəlxalq qanuna ziddir”, - deyə Ərdoğan bildirib.