Bir neçə abituriyent istintaqa cəlb edilib - Rəsmi

Bir neçə abituriyent istintaqa cəlb edilib - Rəsmi
SOSİAL
10:32 30.07.2025
245
"Sosial şəbəkələrdə müəyyən imtahan qaydalarını pozan şəbəkələrin ifşa olunmasına dair məlumatlar yayılır. DİM hər zaman imtahanların şəffaflığı üçün tədbirlər görür”.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, imtahanlar bitdikdən sonra məlumatlar açıqlanır, press-reliz dərc edilir: "İmtahan qaydalarını pozanlarla bağlı vaxtından, yerindən asılı olmayaraq pozuntuların səviyyəsindən asılı olaraq tədbirlər görülür. Hüquq-mühafizə orqanlarına müraciət edilib, bir neçə abituriyent istintaqa cəlb edilib. Prosesin nəticələri barədə istintaq bitəndən sonra məlumat dərc ediləcək”.
OXŞAR XƏBƏRLƏR