“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”

“Bir neçə ay idi ki, içində “cin” olduğu deyilirdi”
SOSİAL
16:03 12.11.2018
3686
"Murad döyüldüyü zaman qışqırıb ki, ölürəm, kömək edin. Onlar deyib ki, cin danışdırır onu”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri "Qafqazinfo”ya Şabranda "cinçıxarma” adı ilə döyülüb öldürülən 25 yaşlı Murad Soltanovun dostu Məhərrəm Rza deyib.

M. Rzanın sözlərinə görə, Murad atası ilə Şabrana istirahət adı ilə gedib:

"Murad bir neçə aydı özünü narahat hiss edirdi, ruhi xəstə, içində "cin" olduğu deyilirdi. Maştağada şizofreniya diaqnozu qoyulmuşdu. 

Noyabr ayının 10-da gecə saatlarında Şabran şəhərindəki kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. 6 nəfər guya onu xalq təbabətindən istifadə edərək şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vuraraq öldürüb.

Bütün bədəni qap-qara idi, qan qusub. İstirahət adı ilə getmişdi, hardan bilərdi əlləri-qolları bağlanılıb döyüləcək”.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR