Bir neçə ay öncə təqaüdə göndərilən DİN-in məşhur generalı vəfat etdi

Bir neçə ay öncə təqaüdə göndərilən DİN-in məşhur generalı vəfat etdi
SOSİAL
12:54 04.05.2017
1076
Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin bir neçə ay əvvəl təqaüdə göndərilən rəisi, polis general-mayoru Sərvər Mehrəliyev vəfat edib.
 
BakiPost.az-a daxil olan məlumata görə, general qəfildən dünyasını dəyişib. Xatırladaq ki, fevral ayında daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi. Sonra isə o, uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq nazirin müşaviri təyin olunmuşdu.
 
AZXEBER.COM-un məlumatına görə, generalın vəfatından sonra yaşadığı Zərifə Əliyeva küçəsində tıxac yaranıb. Buna səbəb başsağlığına gələn həmkarlarının avtomobili həmin ərazidə park etmələri olub.
 

OXŞAR XƏBƏRLƏR