Bir neçə dövlət qurumu ləğv edilir - 4 publik hüquqi şəxs yaradılır

Bir neçə dövlət qurumu ləğv edilir - 4 publik hüquqi şəxs yaradılır
SOSİAL
12:37 19.04.2017
1274

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) sədrinin Qərarı ilə "Azərbaycan Standartlaşdırma İnstitutu", "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Akkreditasiya Mərkəzi", "Patent və Əmtəə Nişanları Mərkəzi" publik hüquqi şəxsləri təsis edilib və Nizamnamələri təsdiq edilib. Təsis edilmiş publik hüquqi şəxslərin Nizamnamələri 17 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınıb.

SMPDK-dan AZXEBER.COM-a verilən məlumata görə, həmçinin komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti, Dövlət Metrologiya Xidməti, komitənin tabeliyində olan Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və "Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin" (AzPatent) ləğv edilməsi məqsədilə Ləğvetmə Komissiyaları yaradılıb. Ləğvetmə Komissiyalarına ləğvetmə prosesini qanunvericiliyin tələblərinə uyğun həyata keçirərək iki ay müddətində başa çatdırılması tapşırılıb.

"Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən "Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsi və "Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi milli standartlaşdırma qurumu və milli akkreditasiya qurumu kimi beynəlxalq təşkilatlara üzvlük və akkreditasiya nəticələrinin qarşılıqlı tanınması üçün beynəlxalq müqavilələr bağlanmasının təmin edilməsi ilə bağlı Xarici İşlər Nazirliyi birlikdə müvafiq işlərə başlayıb.

"Azərbaycan Standartlaşdırma İnstitutu" publik hüquqi şəxsi Azərbaycan Respublikasının milli standartlaşdırma qurumudur və onun əsas fəaliyyət istiqamətləri milli standartların hazırlanmasından, tətbiqindən, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilikdən, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətlərin həyata keçirilməsindən ibarətdir. İnstitut texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsi üzrə vahid dövlət siyasətinin formalaşdırılması, həyata keçirilməsi və  sahənin inkişafının təmin edilməsi üçün təkliflər verir.

"Azərbaycan Akkreditasiya Mərkəzi" publik hüquqi şəxsi akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini təmin edir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını həyata keçirir, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyası sahəsində beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
20:21 21.06.2026
Ət bazarında bahalaşma riski: Heyvanların sayı sürətlə azalır - VİDEO
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
20:17 21.06.2026
“Neftçi” onlarla müqavilənin müddətini uzatdı - Foto
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
20:07 21.06.2026
Trampdan sensasion proqnoz: "Kir Starmer istefa verəcək"
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
19:52 21.06.2026
“Goal” tarixin ən yaxşılarını seçdi - Siyahıda kimlər var?
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
19:40 21.06.2026
Bakıda dəhşətli qəza: Avtobus yaşlı qadının üstündən keçdi - TƏFƏRRÜAT
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
19:29 21.06.2026
ABŞ-İran danışıqları hava nəqliyyatına təsir etdi: Sürixdə onlarla reys ləğv olundu
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
19:11 21.06.2026
İyulda bu bürclərin həyatında yeni mərhələ başlayır
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
18:53 21.06.2026
İstidə avtomobil aptekçanızdakı bu 6 dərmana diqqət edin - XƏBƏRDARLIQ
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
18:49 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd - 45 nəfər SAXLANILDI
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
18:24 21.06.2026
İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
"Sabah" Voynaloviçlə yolları ayırdı
17:54 21.06.2026
"Sabah" Voynaloviçlə yolları ayırdı
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
17:50 21.06.2026
ABŞ-ın Vitse-prezidenti: Regional sülh üçün çalışırıq
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
17:21 21.06.2026
300-dən çox şirkəti bir araya gətirən 7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi” uğurla başa çatıb - FOTOLAR
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
17:18 21.06.2026
"Qarabağ"dan Bədavi ilə bağlı qərar
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
16:51 21.06.2026
Rusiyada helikopterlə əlaqə kəsilib, axtarışa başlanılıb
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb
16:48 21.06.2026
Masazırda motosiklet sürücülərinə qarşı reyd keçirilib, 45 nəfər saxlanılıb