“Bir neçə günə Qarabağın taleyi həll olunacaq” - Millət vəkili açıqladı

“Bir neçə günə Qarabağın taleyi həll olunacaq” - Millət vəkili açıqladı
SİYASƏT
15:52 08.09.2015
8984

“Düşmən yəqin bizim mövqeləri sıradan çıxararaq sürətlə, yəni ildırım kimi Azərbaycanın içərilərinə doğru irəliləməyin məşqini edəcək”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin üzvü Sahib Alıyev deyib.
Deputatın sözlərinə görə, son günlərdə Azərbaycan Ordusunun apardığı təlimlər düşmənə ciddi mesaj verib:
“Ötən həftə Ermənistan ordusu "İldırım-2015" kod adlı təlimlərə başladı. Bu gurultulu ad onu diqtə edirdi ki, düşmən yəqin bizim mövqeləri sıradan çıxararaq sürətlə, yəni ildırım kimi Azərbaycanın içərilərinə doğru irəliləməyin məşqini edəcək. Amma əksinə, təlimlərə öz sərhədyanı kəndlərini boşaltmaqla start verdilər. Niyəsi Azərbaycan Ordusunun dünən başlatdığı Komanda Qərargah Hərbi Oyunlarından bəlli oldu. Bu, Azərbaycan Ordusu tarixində keçirilən ən böyük təlimlərdir ki, ora 65.000 nəfərədək şəxsi heyət, 700-dək zirehli texnika, 40-dək təyyarə, 50-dək helikopter, zenit-raket birləşmələri, Hərbi Dəniz Qüvvələrinin 20-dək gəmi və kateri, eləcə də xüsusi təyinatlılar cəlb edilib. Hazırda səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması, ehtiyatda olan 6.000 nəfərdən çox hərbi vəzifəlinin təlimlərə qatılması onu gösətirir ki, ermənilər boşuna sərhədyanı kəndlərininin sürətlə boşaldılmasını məşq etmirlər. Onlar Azərbaycanın savaşa başlamaq əzmində olduğunu anlayır və bu zaman qarşımızda duruş gətirməyib geri çəkiləcəklərinin də fərqindədirlər. Hara çəkiləcəklər, harada az-çox canlarını qurtara bilərlər, yəqin keçirdikləri təlimlərdə onu da müəyyənləşdiriblər. Olsa-olsa bu, Rusiyanın 102-ci bazasının yerləşdiyi hərbi şəhərciklər olacaq”.
Moskvanın Qarabağ problemində siyasətini dəyişdiyini ehtimal edən millət vəkili bir neçə gün ərzində məsələyə aydınlıq gələcəyini qeyd edib:
“Bir sözlə, bu təlimlərdə edilən məşqlərdən hər iki ölkənin ordusunun həm potensialı, həm də psixoloji durumunun nə yerdə olduğu və ermənilər torpaqlarımızdan çəkilməsə, bütün bunların nəyə aparıb çıxaracağı açıqca görünür. Reallıq ortadadır. Ümid edirik ki, ermənilərə havadarlıq edənlər, Azərbaycanla bu və ya digər şəkildə qarşıdurmaya getməkdənsə, onunla strateji müttəfiqliyin indi əvvəlkindən daha çox işlərinə yarayacağını anlayırlar. Anladıqları üçün də erməniləri güzəştə getməyə razı salacaqlar. Əslində, burada elə böyük səy göstərməyə də ehtiyac yoxdur. 1999-cu ilin oktyabrında parlamentlərində baş verən terror aktının arxasında kimin durduğunu və nədən qaynaqlandığını yaxşı bildiklərindən ipə-sapa yatmaz hala gələn Sərkisyan və komandasına sadəcə, "reallığı özünüz də görürsünüz, gedin, içinizdə olanı dilinizə gətirin" demək yetərlidir. Realpolitik deyilən nəsnə hazırda bunu tələb edir. Azərbaycan başdan bəri problemin mərhələli çözümünü istəyir. Və məncə, elə bir vəziyyət yaranıb ki, hazırda Rusiyaya da Dağlıq Qarabağ münaqişəsinin heç həll edilməməsindənsə, yarımçıq həlli daha çox əl verir. Moskvadakılar da bu cür fikirləşirlərmi, bir neçə günə biz bunu biləcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik