Bir neçə kənddən ermənilər köçürüldü - Otellərə yerləşdirildilər

Bir neçə kənddən ermənilər köçürüldü - Otellərə yerləşdirildilər
SİYASƏT
13:29 05.04.2016
3252

Azərbaycanın işğal edilmiş torpaqlarında cəbhə xəttinə yaxın yaşayan ermənilər evakuasiya olunublar.

Təmas xəttində yerləşən bir neçə kənddən Xankəndinə çoxlu sayda yaşlılar, uşaqlar və qadınların gəldiyi bildirilib. Xankəndində qohumları olmayan ailələr isə otellərə yerləşdiriliblər.

Şəhər sakinləri bildiriblər ki, hər ehtimala qarşı isti geyimlər, ərzaqlar və sənədlər hazır vəziyyətdə toplanıb. (qafqazinfo)

OXŞAR XƏBƏRLƏR