Bir-neçə marşrut ləğv ediləcək - BNA

Bir-neçə marşrut ləğv ediləcək - BNA
SOSİAL
15:53 13.02.2017
1068
7 nömrəli marşrut xəttinin bağlanma səbəbi məlum olub.
 
Bakı Nəqliyyat Agentliyinin baş direktor müavini Mübariz Abbasov deyib ki, 7 nömrəli marşrut xətti 18 nömrəli marşrut xətti ilə 90-95 faiz üst üstə düşdüyü üçün fəaliyyəti dayandırılıb.

M.Abbasov həmçinin Bakıda bir neçə marşrut xəttinin bağlanacağını və bunun nəqliyyatın optimallaşdırılması çərçivəsində aparılacağını bildirib: "Bakı şəhərində 158 sayda marşrut xətti, 58 daşıyıcı şirkət fəaliyyət göstərir. Aparılan təhlillərdən bəlli olur ki, bir neçə marşrut xəttinin təkrarlanması və üstə-üstə düşməsi halları var".

M.Abbasov yeni yaradılacaq HUB-lar (Nəqliyyatın Mübadilə Mərkəzi)  barədə də məlumat verib.

"Nəqliyyat konsepsiyasının hazırlanmasının birinci mərhələsi başa çatıb. Konsepsiya beynəlxalq mütəxəssislərlə hazırlanıb. Birinci mərhələ şəhər mərkəzinin nəqliyyat problemlərinin həllinə yönəldilib və bu sxem çərçivəsində ilkin olaraq Bakı da 5 HUB-ın təşkili nəzərdə tutulub. Bunlar Koroğluda, Dərnəgüldə, Avtovağzalda, Lökbatan və 28mayda olacaq. HUB-lar Bakıda nəqliyyat sıxlığının və nəqliyyat problemlərini həll edəcək".

Baş direktorun müşaviri həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi ilk dəfə "28 May” metrostansiyasından "Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində istifadəyə veriləcək yenimarşrut xəttinin təşkil olunmasını daşıyıcı şirkətlər üçün müsabiqəyə  çıxarıb. O bildirib ki, müsabiqə 30 gün müddətində davam edəcək. Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır.

Qeyd edək ki, bundan sonra yaradılacaq yeni marşrut xətlərinin istifadəsi müsabiqə yolu ilə sahibkarlara veriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək