Bir nəfərin ölümünə, iki nəfərin xəsarət almasına səbəb olan yanğının - Təfərrüatları

SOSİAL
11:46 11.02.2020
2166
Şəmkirdə yaşayış evində baş verən yanğının səbəbləri məlum olub.

AZXEBER.COM xəbər verir ki, rayonun Ələsgərli kənd orta məktəbinin direktoru Zahid Məmmədovun Qaynarinfo-ya verdiyi məlumata görə, yanğına səbəb elektrik naqillərində yaranan qısa qapanma olub:

"Hadisə gecə saatlarında baş verib. Baba, nənə, oğlu, gəlini və nəvələri yatırmış. Aynəbəndə böyük pərdələr olub. Onlar od tutan kimi bütün evi başına götürüb. Hadisə zamanı nənə ölüb, oğlu ilə nəvəsinin biri də ağır yanıq xəsarəti alıb. Onları rayon xəstəxanasına yerləşdirilib. Amma vəziyyətləri pis olduğundan ordan Bakıya aparıblar. Ailənin digər üzvlərinin vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Şəmkir rayonunun Ələsgərli kəndində yanğın hadisəsi baş verib. Yanğın zamanı bir nəfər ölüb, iki nəfər, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov və onun övladı, 8 yaşlı Rüstəm Əhmədov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin ağır olduğu bildirilir.
 

OXŞAR XƏBƏRLƏR