Bir oğuldan danışacam bu gün sizə - Gülər Mübariz yazır

Bir oğuldan danışacam bu gün sizə - Gülər Mübariz yazır
SOSİAL
11:41 08.12.2023
154
Son nəfəsinədək düşmənin gözünə dik baxan, namərdə yenilməyən, özünü Vətənə qurban edən… Hacıyev Elmaz Elmar oğlu— özü körpə ikən iki körpə bala yadigar qoyub gedən, gənc yaşlarında mükəmməl ata olan, ailəsinə mükəmməl övlad olan, övladlarını bizə əmanət edən şəhidimiz… Şəhid olduğu vaxtdan neçə vaxt sonra tapılan şəhidimiz, xəzəl altda uzun müddət torpağa tapşırılmasını gözləyən Elmazımız…

Bir anadan danışacağam sizə… Oğlunun şəhid olduğunu ilk andan hiss edən, röyasından oğlunu tapdığı anadan…
Çox söhbət etdik anayla; Bir hissəsini yazacağam bura…
"-Qızım, könüllü getdi mənim balam. Dedim getmə,bala, iki körpə balan var, cavan gəlinin var(19 yaşlı) Dedi yox,ana, gedəcəm… Getdi.. Bir ay sonra oğlunun ad günü idi, axşam tort kəsirdilər,gördüm ürəyim yanır az qala..Uşaqları qorxutmayım deyə keçdim bir qırağa çökdüm yerə..

Həmin gecə zülümlə yatdım ,bala, bəlkə də Allah yuxu verdi mənə ki Elmazdan xəbər bilim. Gördüm bir dağın yoxuşunda alma ağacı var, Elmaz uzanıb yerə,dedi "ana,məni vurdular, mən şəhid oldum” Baxıram ki, yanında yerdə bir qara qutu var.
Deyirəm, bala ,bəs bu nədir?
Deyir ,ana , rabitə qovşağının kəməridir.
Boynu yaralıdır, dedim ,nə olub ora?
Dedi ki, ana ordan vurdular.”
Beləcə, ana oğlunun sorağıyla yola çıxır üzü dağlara sarı. Uzun müddətdən sonra xəbər alınır Elmazdan. Eyni ilə ananın yuxusundakı yerdən—dağın ətəyi ,alma ağacının altından. Eyni ilə yuxuda dediyi yerdən yaralı, yanında da həmin rabitə kəməri.
"-Bala, elə sevindim ki, tapılanda. Allah belə gün də yaşadarmış,sən demə… Sakitləşdim, bəs tapılmasaydı, neyləyərdim?"

Gözlərim yol çəkir yenə… Ana müqəddəsdən ötəymiş.Soyumuş çaya baxıram, gözlərim qalxmır yuxarı, ananın doluxsunmuş halını görsəm, özümü saxlaya bilməyəcəm. Nə deyim, bəzən kəlmələr yetmir ürəyimizdəkinə. Başının qara yaylığına qurban…
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq