Bir öpüşə görə öldürüldü

MARAQLI
20:55 12.12.2011
2558

Türkiyədə kafedə sevgilisiylə öpüşən gənc kafe sahibi tərəfindən öldürülüb.

İstanbul şəhərindəki kafedə sevgilisiylə öpüşən gəncə kafe sahibinin reaksiyası sərt olub. 33 yaşlı Gelhan Çətinə kafe sahibi “Bura ailəvi məkandır”, -deyərək müdaxilə edib və onları kafedən çıxarmağa çalışıb.

Hadisənin təfərrüatları isə belə olub. Sevgilisiylə kafedə öpüşən Gelhan Çətinə kafenin sahibi “Utanmırsınızmı, bura ailəvi məkandır”, – deyib. Sonra isə gəncləri zorla kafedən çölə çıxarıb. Sonra isə yenidən işinə qayıdıb. Gelhan Çətin təhqir olunduğunu düşünərək, sonradan dostlarıyla birlikdə yenidən kafeyə qayıdıb və kafe sahibiylə arasındakı mübahisə daha da böyüyüb. Əsəblərini sakitləşdirə bilməyən kafe sahibi iş yerindəki silahıyla Çətinə iki dəfə atəş açıb. Gelhan Çətin aldığı yaralardan xəstəxanada keçinib. Hadisədən sonra cinayət işi açılıb və üç nəfər saxlanılıb.

//ann.az

OXŞAR XƏBƏRLƏR