‘Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu’- Keçmiş əsir

DÜNYA
01:21 05.10.2014
4064

“İslam dövləti” yaraqlılarının iraqlı əsirlərindən biri öz işğalçıları barədə danışıb. Onun hadisəsini Euronews göstərib. 

19 yaşlı Əmşinin bildirdiyinə görə, avqustun 3-də  ailəsi ilə birlikdə yaşadığı yezid kəndinə cihadçılar daxil oldular. Onun həyat yoldaşını digər kişilər kimi öldürdülər, o, isə qadın həmkəndliləri ilə birlikdə əsir düşüb.

“Yaraqlılar 10-12 dollara yezid qadınları satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Kim bu davranışa bəraət qazandıra bilər? Ona görə mən indiyədək daimi qorxu içərisində yaşayıram”, - Əmşi deyib. Onu Mosul şəhərinə gətirəndə, o, qaçmağa müvəffəq olub.

Əsirlərindən birinin qızı deyib ki, islamçılar tərəfindən ələ keçirilən  anası öz telefonunu yerə basdırıb ki, onu tapmasınlar. “Cihadçılar müntəzəm axtarışlar aparır və əgər telefon tapılsa, həmin insanı yerindəcə güllələyirlər. Düşünürəm ki, onlar bacımın telefonunu tapıblar: Artıq 12 gündür ki, o bizə zəng etmir”, - o, qeyd edib.

Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək, intihar ediblər, Euronews xəbər verir.

BMT-nin məruzəsinə əsasən, avqustun sonunadək yaraqlılar 2,5 min qadını və uşaqları ələ keçiriblər. İslamı qəbul etməkdən imtina edənlər Mosul və Suriyanın Rakke şəhərlərindəki qul bazarlarına göndəriliblər.

OXŞAR XƏBƏRLƏR