Xanəndə Səbinə Ərəbli Bakıdan köçüb.
AZXEBER.COM xəbər verir ki, bu haqda o özü məlumat verib.
Sənətçi, "Günə uğurla" verilişinə telefonla qatılaraq Xankəndiyə köçdüyünü və orada müəllim kimi fəaliyyət göstərdiyini bildirib:
"İşimlə əlaqədər bir müddətdir ki, Xankəndidəyəm. Artıq bir həftədir burada yaşayıram. "Qarabağ" universitetində müəllimi olaraq çalışıram. Bu mənim arzularımdan biri idi və çox şadam ki, bu gün arzularımı yaşayıram".
Aysel









































