"Bir qərinəlik tarix..." - Universitet tələbəsi yazır...

"Bir qərinəlik tarix..." - Universitet tələbəsi yazır...
KÖŞƏ
19:26 05.09.2025
695
Azərbaycanda yaranan ilk Qeyri-Hökumət təşkilatlarından olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) yarandığı ilk gündən etibarən öz bünövrə prinsiplərinə sadiqdir. Dünəndən-bu günə qədər Azərbaycanın informasiya savaşında və post-münaqişə dövründə reallıqların dünya ictimaiyyətinə çatdırılmasında yorulmaz və fədakar mübarizəsi ilə seçilir. Müstəqil media, insan hüquqları, münaqişələrin sülh yolu ilə həlli, müharibədən zərər çəkmiş əhalinin sosial müdafiəsi, jurnalistlərin təhlükəsizliyi, informasiya texnologiyalarının inkişafı və bir çox sahələrdə geniş fəaliyyət göstərir. Prinsiplər bu gün də fondun fəaliyyətinin əsas istiqamətlərini özündə daşıyır.
 
Fond 33 illik fəaliyyəti dövründə yerli və beynəlxalq tərəfdaşlarla birgə layihələr həyata keçirib: BMT, ATƏT, Avropa Şurası və digər qurumlarla sıx əməkdaşlıq quraraq, Azərbaycanı beynəlxalq platformalarda layiqincə təmsil etməkdədir. Bu peşəkar fəaliyyətlərin hər birində, təbii ki, sözügedən fondun təsisçisi və səlahiyyətli sədri, şair-publisist, Əməkdar mədəniyyət işçisi, ictimai xadim Umud Mirzəyevin rolu əvəzsiz, danılmazdır. Təxminən bir neçə ay əvvəl fondla tanışlığımız zamanı hörmətli Umud Mirzəyev bizə təşkilatın fəaliyyəti dövründə həyata keçirdiyi və görüləcək işlər, beynəlxalq layihələr barədə ətraflı məlumat verdi. Bunları qeyd edərkən onun səsində həm qürur, həm də məsuliyyət hiss olunurdu. Məncə, peşəkar fəaliyyət fonunda bu belə də olmalı idi. Çünki onlar böyük bir komanda olaraq həmişə böyük məsuliyyət və vicdanla çalışıblar. İşğal dövründən bu yana BAMF yalnız müşahidəçi kimi deyil, həm də təşəbbüskar tərəf kimi çıxış edib. Bu gün post-münaqişə dövründə regionda baş verən dəyişiklikləri dünyaya çatdırmaqda fondun üzərinə düşən missiya daha da böyüyüb. Bu mənada, uğurlu fəaliyyət dövrü keçən, beləcə 33-cü ilini tamamlayan BAMF kollektivinə uğurlar arzulayır, bir qərinəlik yolun beş ayına şahid olduğum üçün özümü xoşbəxt sayıram. 

Aytac KƏRİMOVA
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
01:17 07.03.2026
Bu il qəbul imtahanlarında ballar yüksələcək? - VİDEO
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
00:39 07.03.2026
Kerolayn Livitt: İrana qarşı əməliyyat 4-6 həftə davam edə bilər
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
00:23 07.03.2026
İranın Azərbaycandakı səfiri Prezident İlham Əliyevə təşəkkür edib
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
00:22 07.03.2026
Azərbaycanın Tehrandakı Səfirliyinin əməkdaşları İrandan təxliyə olunur
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
00:12 07.03.2026
Azərbaycanda bu şəxslərə bayramla əlaqədar pul verildi - Məbləğ
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
00:05 07.03.2026
İran Naxçıvanı vurduğunu necə ört-basdır edir? - Səfirlə gərgin MÜSAHİBƏ
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
23:55 06.03.2026
Ağ Şəhər metrosu nə vaxt təhvil veriləcək? - VİDEO
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
23:44 06.03.2026
Azərbaycanda ictimai xadimin həyatına sui-qəsd planının hazırlandığı üzə çıxıb
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
23:42 06.03.2026
SEPAH-ın Bakı–Tbilisi–Ceyhan neft boru kəmərində planlaşdırdığı terror aktı ifşa olunub
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
23:39 06.03.2026
Slovakiya Prezidenti: İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
23:24 06.03.2026
Leyla Əliyeva şəhid anaları ilə iftar süfrəsində - Fotolar
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
23:13 06.03.2026
Bu kolleclərə yeni direktor müavinləri təyin edildi
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
23:02 06.03.2026
Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
23:00 06.03.2026
BMT baş katibinin sözçüsü: İranın Azərbaycana hücumundan narahatıq
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
22:58 06.03.2026
Ceyhun Bayramov İranın Naxçıvana dron hücumu ilə bağlı BMT Baş katibinə məktub ünvanlayıb
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı
22:44 06.03.2026
Azərbaycanın builki "Avroviziya" təmsilçisi açıqlandı