Bir qrup namizəd MSK-nın önündə aksiya keçirib, - Məzahir Pənahov polisə müraciət etdi

Seçki2020
14:34 15.02.2020
4773
Bu gün səhər saatlardan bir neçə dairə üzrə namizədlər MSK-nın binası önündə aksiya keçirib.

AZXEBER.COM xəbər verir ki, həmin şəxslər namizəd olduğu dairələrin ləğvini tələb edib.

MSK sədri Məzahir Pənahov bu gün keçirilən iclasda bu məsələyə toxunub. 

O deyib: "Ola bilər ki, hansısa məqsəd üçün təxribat xarakterli addımlar atsınlar”. 

O bildirib ki, bəzi namizədlərin MSK qarşısında aksiya keçirməsi normaldır. 

"Amma durub MSK-nın şöbə müdirini içəri buraxmırlar. Polisə müraciət edirik ki, bu barədə tədbir görsün. MSK-nın işinə mane olmaq olmaz. Kim olursa-olsun, bunu edirsə, qanun pozuntusudur”.

OXŞAR XƏBƏRLƏR

X Mostbet