xari

Bir qrup pensiyaçının pensiyası artırıldı

İQTİSADİYYAT
18:45 18.02.2021
622
Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş 6 297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZXEBER.COM-a bildirilib.

Qeyd edilib ki, "Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməkdə davam edərsə, hər altı ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.

Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir.

Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.

OXŞAR XƏBƏRLƏR