“Bir radionun efirindən Azərbaycanda demokratiya quruculuğuna qiymət verilməsin” – Zahid Oruc

“Bir radionun efirindən Azərbaycanda demokratiya quruculuğuna qiymət verilməsin” – Zahid Oruc
Siyasət
18:04 16.02.2015
1356
“Azərbaycan müstəqil dövlətdir və yürütdüyü müstəqil siyasət bir çox dövlətləri narahat edir. ABŞ-da keçirilən dinləmələrin birtərəfli qaydada keçirilməsi Amerika-Azərbaycan münasibətlərini daha da yaxşılaşdırmaq maraqlarına xidmət etmir. Biz həmin dinləmələri Amerika dövlətinin marağı kimi qəbul etmirik. Belə debatlar, polemiakalar, dialoqlar ola bilər. Bizi düşündürən odur ki, həmin tədbirlərə qatılan insanlar Azərbaycan gerçəkliyini real vəziyyətdə söyləmək imkanında olan şəxslər deyil”.
Bu fikirləri AZXEBER.COM-a millət vəkili Zahid Oruc parlamentdə “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda keçirilən müzakirəni şərh edərkən söyləyib.
“Biz Amerika-Azərbaycan münasibətlərinin ötən 20 ilinə baxsaq görərik ki, bu əlaqələr yüksək səviyyədə inkişaf edib və hər iki tərəfin maraqlarına xidmət edib. Lakin Barak Obama dönəmində bəzi sahələrdə problemlər ortaya çıxıb. Enerji sahəsində, antiterror əməliyyatları, bir sıra beynəlxalq təhlükəsizlik məsələlərində vahid mövqe bölüşürük. İki-üç məsələ ətrafında anlaşızmazlıqlar var bə biz bunu açıq çəkildə Amerika hökumətinin rəhbərliyinə çatdırırıq. Ümid ediərm ki, ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri tərəfindən özündən əvvəlki sələflərinin yol verdiyi səhvlər aradan qaldırılacaq. Azərbaycanın gözləntiləri çox sadədir. Ölkəmiz haqqında obyektiv informasilayar verilsin, Azərbaycanda gedən inkişaf prosesləri düzgün təqdim edilsin. Bir ovuc QHT strukturunu himayə etməklə Azərbaycanda mənzərə təqdim olunmasın, bir radionun efirindən Azərbaycanda demokratiya quruculuğuna qiymət verilməsin. Həmçinin, Azərbaycan-Amerika münasibətlərinin daha geniş çərçivədə - ölkəmizin gələcəyinə təsir edəcək münaqişələrin həlli problemində, ərazi bütövlüyünün tanınması məsələsində Amerikanın prinsipial mövqeyinin şahidi olaq. Bunlara riayət olunacaqsa, anlaşılmazlıq, narahatlıq doğuran məsələlər də aradan qalxacaq”.
Xatırladaq ki, Milli Məclisdə “Azərbaycan-ABŞ münasibətləri: insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində" mövzusunda dinləmə keçirilib. Müzakirədə iki ölkə arasında olan münasibətlərin bir çox aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
Orxan
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
19:13 09.08.2025
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
19:01 09.08.2025
Hakan Fidan: Zəngəzur dəhlizi türk dünyasını Avropa ilə birləşdirəcək
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi