Bir yaşlı körpə yanıq xəsarətləri alıb

Bir yaşlı körpə yanıq xəsarətləri alıb
SOSİAL
09:30 20.08.2021
230
Daşkəsən rayonunda bir yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
 
AZXEBER.COM-un məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalar başladılıb.
OXŞAR XƏBƏRLƏR