Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət

Birbank Biznes-dən xanım sahibkarlar üçün daha bir fürsət
İQTİSADİYYAT
12:04 16.05.2025
912

Sahibkarlar üçün biznes və bankçılıq xidmətlərində bazar liderlərindən olan Birbank Biznes rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti ilə birgə qadın sahibkarlığının inkişafınayönələn "She’s Nextqlobal təşəbbüsünün üçüncü dalğasına start verir.

16 may 2025-ci il tarixindən etibarən başlanan layihə çərçivəsində xanım sahibkarlar üçün "Uğur hekayəni yarat” təhsil və müsabiqə proqramı keçiriləcək.Proqram 2 kateqoriya üzrə baş tutacaq.

 

Kiçik və Orta bizneslər: Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatdan az olmayan sahibkar xanımlar müraciət edə bilərlər.

Mikro bizneslər:Bu kateqoriyada iştirak üçün illik dövriyyəsi 200 000 manatadək olan sahibkar xanımlar müraciət edə bilərlər.    

 

Mükafat fondu 60 000 manat olan müsabiqə çərçivəsində iştirakçılar münsifələr heyətinə bizneslərinininkişaf planını təqdim etməlidirlər. Bundan öncə onlar proqramın 4 əsas mərhələsini tamamlamalıdırlar. Belə ki, ilk onlayn tədris mərhələsində iştirakçılar bazar araşdırma, marketinq və satış, biznes fəaliyyətinin hüquqi aspektləri, strateji planlama və digər mövzular üzrə video mühazirələrdən yararlana biləcəklər. Mühazirələr 21 may 2025-ci il tarixindən etibarən "She’s Nextrəqəmsal platformasındayerləşdiriləcək.

Mühazirələri dinləyib test mərhələsini uğurla tamamlayan iştirakçılar 13 iyun 2025-ci il tarixinədək müsabiqə mərhələsi üçün ərizə verə bilərlər. Bu mərhələdə iştirakçının motivasiya məktubu və biznesinə dair video təqdimat göndərməsi mütləqdir. 2-ci mərhələnin dəyərləndirməsinin ardından 10 finalçı mentorluq sessiyalarına qoşulmaq şansı əldə edəcək. Bu mərhələdə Azərbaycanın aparıcı biznes ekspertləri mentor qismində finalçılarla fərdi sessiyalar keçirəcəklər.

Final mərhələsi isə11 iyul 2025-ci il tarixində Bakıda baş tutacaq. Son mərhələdə finalçılar öz layihələrini peşəkar münsiflər heyətinə təqdim edəcəklər. Hər kateqoriyada 3 qalib biznesinin inkişafı üçün pul mükafatı əldə edəcək. Üçüncü yerin sahibi 5000 manata, ikinci yerin sahibi 10 000 manata, layihənin  birincisi isə əsas mükafata 15 000 manata sahib olacaq.

Qeyd edək ki, müsabiqədə iştirak üçün 10 iyun 2025-ci il tarixinədək proqramın saytından ərizə ilə müraciət etmək lazımdır.

Sahibkarlığın inkişafına önəm verən Birbank Biznes Kapital Bank-ın əmtəə nişanı olaraq həm sahibkarların, həm də onların bizneslərinin inkişafına dəstək olur, biznes sahiblərinə innovativ və rahat məhsullar təqdim edir. Aşağı faizli mikro və biznes kreditləri, zaminsiz maliyyələşmə imkanları, POS terminallar, sürətli ödəniş sistemləri və digər rəqəmsal xidmətlər bu imkanlara daxildir. Bank üçün prioritet istiqamətlərdən biri rəqəmsal xidmətlərin, xüsusilə də mobil bankçılığın inkişafıdır. Azərbaycanda mikrokreditlərin tam onlayn verilməsini də ilk dəfə Birbank Biznes həyata keçirib. Biznes kartları vasitəsilə sahibkarlar bütün biznes xərclərini asanlıqla və nağdsız şəkildə həyata keçirə bilirlər. Eyni zamanda 300 000 AZN-dək rəqəmsal ani kredit, sürətli və funksional onlayn bankçılıq, eləcə də lizinq və zəmanət məhsulları ilə müştərilərin maliyyə ehtiyacları operativ şəkildə qarşılanır. Qeyd edək ki, son iki ildə Birbank Biznes-in onlayn kanalları vasitəsilə bankın müştərisi olan qadın sahibkarların sayı 1.5 dəfə artıb. Eyni zamanda,qadın sahibkarlara verilən mikro kreditlərin ümumi məbləği 5 dəfə çoxalıb. Bütün bunlar qadınların biznesə olan marağının və onların maliyyə əlçatanlığına çıxış imkanlarının genişləndiyini göstərir. Ətraflı məlumat üçün: https://birbank.business/

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO