Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı
İQTİSADİYYAT
10:59 24.09.2025
245

Ölkənin ilk rəqəmsal bankçılıq platforması və milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən Birbank, ölkədə maliyyə inklüzivliyi sahəsində tarixi əhəmiyyət kəsb edən yeniliyə imza atdı. Beynəlxalq Jest Dilləri Günündə Azərbaycanın bank sektorunda ilk dəfə olaraq, eşitmə  nitq məhdudiyyətli müştərilər üçün "İşarət dili ilə videozəng xidmətiBirbank mobil tətbiqində istifadəyə verildi.

Bu yenilik 3 milyondan çox istifadəçisi olan platformanın eşitmə və nitq məhdudiyyətli müştəriləri üçün mövcud olan ən fundamental baryerlərdən birini aradan qaldırması deməkdir. Birbank bu təşəbbüslə bank xidmətini hər kəs üçün əlçatan etməklə yanaşı, həm də maliyyə azadlığını fundamental bir haqqa çevirməklə öz liderliyini və sosial məsuliyyətini təsdiqləyir. Artıq on minlərlə vətəndaş üçün bankçılıq əməliyyatları üçüncü tərəfin köməyindən asılı, mürəkkəb bir proses olmaqdan çıxaraq, öz ana dilində qurduğu sərbəst və birbaşa ünsiyyətə çevrilir.

Bunun üçün eşitmə və nitq məhdudiyyətli müştərilər Birbank mobil tətbiqindəki xüsusi bölməyə daxil olmaqla, tam məxfi və təhlükəsiz videozəng vasitəsilə bank filialına getmədən və ya yazılı ünsiyyətin yaratdığı məhdudiyyətlərlə üzləşmədən sürətli və effektiv xidmət alacaqlar. Birbaşa və maneəsiz ünsiyyət kanalı vasitəsilə müştərilər  həftəiçi hər gün saat 09:00-18:00 aralığında bank xidmətləri haqqında məlumat ala, təklif və  narahatlıqlarını bölüşə bilərlər. Xüsusilə qeyd etmək lazımdır ki, bu xidməti göstərən əməkdaşlar müştərilərlə peşəkar və sərbəst ünsiyyət qurmaq məqsədilə 3 ay davam edən intensiv işarət dili təlimlərindən keçiblər. Bu müddətdə bankın işarət dilini könüllü olaraq öyrənmək istəyən əməkdaşlarına peşəkar mütəxəssislər tərəfindən 72 saat təlim keçirilib.

Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu mühüm hadisə ilə bağlı öz sosial media hesabından fikirlərini bölüşüb: "Bu gün biz texnologiyanın gücünü insan amili ilə birləşdirərək eşitmə və nitq məhdudiyyətli müştərilərimiz üçün mövcud olan ən böyük maneələrdən birini aradan qaldırdıq. Azərbaycanda ilk dəfə "İşarət dili ilə videozəng xidməti” Birbank mobil tədbiqi vasitəsilə istifadəyə verildi. Biz bu təşəbbüslə təkcə bank sektorunda deyil, bütün ölkədə inklüziv xidmət mədəniyyətinin inkişafına təkan verəcəyimizə və digər qurumları bu yolda bizə qoşulmağa ruhlandıracağımıza ümid edirik”.

Videonu izləmək üçün link: www.b-b.az/bbss 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 121 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
14:45 24.09.2025
8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
14:41 24.09.2025
Snoop Dogg Rusiyada özəl gecəyə qatılacaq, 2 milyon gəlir əldə edəcək
Tanınmış jurnalist vəzifəyə təyin edildi
14:35 24.09.2025
Tanınmış jurnalist vəzifəyə təyin edildi
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
14:27 24.09.2025
Kəlbəcərdə “Kəlbəcər Bal Festivalı 2025” tədbiri keçirilir - FOTOLAR
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
14:19 24.09.2025
Naftalanda Vətən Müharibəsi Şəhidi Fərid Adıgözəlovun ailəsi ziyarət olunub - FOTOLAR
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
14:10 24.09.2025
“İlkin mərhələdə 15 milyon tondan çox yükün bu marşrut vasitəsilə daşınması nəzərdə tutulur"
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
13:58 24.09.2025
Bakı metrosunda interval azaldıldı, bəs sıxlıq niyə azalmır? - AÇIQLAMA
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
13:47 24.09.2025
Mabel Matizə ölkədən çıxmağa qadağa qoyuldu, konsertləri ləğv olundu
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
13:45 24.09.2025
Kanadada TikTok araşdırması: Yüz minlərlə uşağın şəxsi məlumatları toplanır
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
13:40 24.09.2025
Şahin Mustafayev Araz dəhlizində görülən işlərlə tanış olub
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
13:39 24.09.2025
Bakıda “THE Avrasiya Universitetlərinin Sammiti” öz işinə başlayıb
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
13:31 24.09.2025
Ombudsman Aparatı: Hava Limanında tətbiq edilən yeni qayda qanuna uyğun deyil
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
13:29 24.09.2025
"Reytinqə görə efirdə müğənnini yerə yıxırlar" - Almaxanım
"Qız anası olmaq istəyirəm" - Nəfəs
13:01 24.09.2025
"Qız anası olmaq istəyirəm" - Nəfəs
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
12:57 24.09.2025
Peyğəmbəri təhqir edən türkiyəli aparıcı və qonağı həbs edildi - VİDEO
İlhamə Elşadqızına hökm oxundu
12:56 24.09.2025
İlhamə Elşadqızına hökm oxundu