xari

BirBank ilə ƏDV-nin qaytarılması üçün yarım milyondan çox istifadəçi 85,4 milyon çek daxil edib

İQTİSADİYYAT
11:52 19.02.2021
167
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb.
 
AZXEBER.COM xəbər verir ki, qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir.

Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Dövlət Vergi Xidmətinin statistik göstəricilərə nəzər salsaq görərik ki, portaldan 1 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən təxminən 89%-i (təqribən 907 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.

İndiyədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat https://edvgerial.kapitalbank.az/ portalında qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilib.

Əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və BirBank mobil tətbiqi oldu. İstifadənin daha rahat olması üçün BirBank mobil tətbiqinin "Bonuslar” hissəsində "ƏDV geri al” bölməsi yaradıldı. Bununla da BirBank mobil tətbiqinin QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün oldu.

Rəqəmlərə baxsaq görərik ki, hazırda ƏDV məbləğini geri alan istehlakçıların böyük əksəriyyəti BirBank istifadəçiləridir. Portala daxil edilən çeklərin statistikasına baxsaq hər 4 nəfərdən 3-ü bunu BirBank vasitəsilə həyata keçirib (təqribən 85,4 milyon çek). 2021-ci ilin yanvar və fevral aylarında isə BirBank vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75% civarında olub.

Bundan başqa virtual "pul qabı”na yerləşdirilən vəsaiti BirBank mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya BirBank mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabineti və ya BirBank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:37 25.02.2021

“The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi

19:25 25.02.2021

Respublika yollarındakı hazırkı vəziyyət AÇIQLANDI

18:53 25.02.2021

Ev dustaqlığına buraxılan hərbçinin ailəsi İlham Əliyevə və Mehriban Əliyevaya təşəkkür etdi

18:41 25.02.2021

"Sumqayıt"ın baş məşqçisi: "Arxayınlıq bizə baha başa gələ bilər"

18:10 25.02.2021

Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər

17:52 25.02.2021

Müxalifət Paşinyanın konsultasiya çağırışlarına cavab verdi: Sən xainsən

17:40 25.02.2021

Paşinyan aksiyaları dayandırmağa çağırıb: "Müxalifətlə danışıqlar masasına otururuq"

17:39 25.02.2021

Əksər rayonlarda yağıntılar kəsib - FAKTİKİ HAVA

17:13 25.02.2021

Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib

17:12 25.02.2021

Paşinyan prezident Sarkisyana: "Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan"

17:10 25.02.2021

Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşdü

17:08 25.02.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı

17:05 25.02.2021

Prezident Böyükşor və Zığ gölləri ilə bağlı yeni fərman imzaladı

16:59 25.02.2021

Prezident: “Bir zəli kimi yapışıblar dünya ölkələrinin vücuduna”

16:58 25.02.2021

Ermənistan prezidenti xalqa müraciət edib, amma Paşinyana dəstək verməyib

16:57 25.02.2021

“İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”