"Birdəfəlik müavinətlər həmin şəxslərin hesabına köçürüləcək" - Nazir

"Birdəfəlik müavinətlər həmin şəxslərin hesabına köçürüləcək" - Nazir
SOSİAL
17:23 25.10.2018
3997
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) şəhid hərbi qulluqçuların vərəsələri ilə bağlı sənədlər gəlir.

AZXEBER.COM-un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, sözügedən sənədlər araşdırılır və təsdiqlənir:

"Bundan sonra, ödənişlərin olunmasına başlanılacaq. Ödənişlər hissə-hissə olacaq. Birdəfəlik müavinətləri nazirlik birbaşa həmin şəxslərin hesabına köçürəcək. Bu prosesdə vətəndaşla birbaşa təmas olmayacaq".
OXŞAR XƏBƏRLƏR