Birinci qrup əlil Saatlıda bıçaqlandı

KRİMİNAL
16:51 13.02.2015
2431

Sabirabad sakini Saatlıda bıçaqlandı.

AZXEBER.COM Region TV-yə istinadən məlumat verir ki, Sabirabad rayonundan olan, Əfqanıstan veteranı, 1-ci qrup əlil Teymur Həsənli Saatlının Mustafabəyli kəndində bıçaqlanıb.

Əslən həmin kənddən olan Raziyyə Şəmmədova TeymurHəsənlinin avtomobili ilə axşam saatlarında orada yaşayan qızıgilə gəlib. Raziyyə Şəmmədova qızıgildə olduğu müddətdə Teymur Həsənli onu küçədə avtomobilində gözləyib. Bu zaman bir nəfər ona yaxınlaşaraq, orada dayanmamağı tələb edib və ərazidən uzaqlaşıb. Az sonra isə həmin şəxs yenidən əraziyə qayıdıb və Teymur Həsənliyə hücum edərək bıçaqla xəsarətlər yetirib. Hadisəni törədən Mustafabəyli kənd sakini Behbud Şəmmədov polis tərəfindən saxlanılıb. O, əsəblərini cilovlaya bilmədiyini və hadisənin də təsadüfən baş verdiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR