Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanıldı

Birinci sinfə qəbul üçün məktəb seçiminə başlanıldı
SOSİAL
10:59 13.03.2020
1262
Bu gündən 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün məktəb seçiminə başlanılıb.

Təhsil Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Elektron qeydiyyatdan keçmiş valideynlər bu gün saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək.

Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR