Bakıda birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı

Bakıda birinci sinif şagirdini döyən müəllim işdən çıxarıldı
SOSİAL
14:25 02.05.2018
6940
Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə uşağın valideyni Xanım Əliyeva öz Facebook səhifəsində məlumat yayıb.

X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva Facebook-da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.
OXŞAR XƏBƏRLƏR