Türkiyəli aktyor Uraz Kaygılaroğlu tanınmış jurnalist Fatih Altaylının proqramında qonaq olub.
AZXEBER.COM xəbər verir ki, müsahibə zamanı onların qollarındakı bahalı saatlar diqqətdən yayınmayıb. Studiyada aparılan söhbət qədər, aksessuarların dəyəri də maraq doğurub.
Belə ki, Uraz Kaygılaroğlunun qolunda olan Rolex Day-Date model saatın qiymətinin təxminən 1,5 milyon lirə (təxminən 59 min manat) olduğu bildirilib. Aparıcı Fatih Altaylının taxdığı Patek Philippe Grand Complications seriyasına aid saatın isə təxminən 6 milyon lirə (təxminən 229 min manat) dəyərində olduğu qeyd olunub.
Qeyd edək ki, Uraz Kaygılaroğlu hazırda "Yeraltı" serialında "Bozo" obrazını canlandırır.










































