Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.
Yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.
Qeyd edək ki, bu günlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.
Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.
//Report