Bitərəf deputatlar seçkilərdə iştirakla bağlı sualdan niyə qaçır? - Kimi və ya nəyi gözləyirlər?

Bitərəf deputatlar seçkilərdə iştirakla bağlı sualdan niyə qaçır? - Kimi və ya nəyi gözləyirlər?
SOSİAL
14:44 10.07.2024
455
Məlum olduğu kimi, sentyabr ayının 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Jurnalistlər tərəfindən qarşıdan gələn parlament seçkilərində hazırkı deputatların seçkilərdə namizəd olub-olmayacağı, o cümlədən hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyi ilə bağlı müraciətlər ünvanlanır.

Lakin diqqətçəkən məqam odur ki, bitərəf deputatlar "parlamentdə yenidən təmsil olunacaqsınızmı?" sualından qaçırlar. 
 
Bu yerdə qeyd edək ki, son seçkilərdə 41 bitərəf deputat mandat əldə edib. 

Görəsən, 5 il vətəndaşlarla işləyən, parlamentdə yüksək kürsülərdə əyləşib xalqın problemlərinin həlli istiqamətində işlər gördüyünü iddian edən həmin millət vəkilləri niyə qeyd edilən suallardan çəkinərək cavabsız qoyurlar? Axı seçicilərin rəğbətini qazanan deputatlar üçün bu sual çətin olmamalıdır. 
 
Burada bir məqam ön plana çıxır. Müstəqil deputatlar hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısını gözləyir və həmin siyahıdan sonra seçkilərdə iştirak edib-etməyəcəkləri ilə qərar verəcəkləri gözlənilir. 
 
Hakim partiya da seçkilərə yeni simalarla gedəcəyi gözlənilir. Bu səbəbdən stajlı YAP-çı deputatların bəziləri "ofsayd"da qalacaq. 
 
AZXEBER.COM-un əldə etdiyi məlumata görə, YAP bu dəfə özünün namizədlər siyahısını tərtib edərkən, deputatların cəmiyyətdəki nüfuzunu və işgüzar keyfiyyətlərini əsas götürüb.

Bu səbəbdən də xeyli adam siyahıda yer ala bilməyəcək. Hakim partiya deputatların son 5 ildəki fəaliyyətlərini çox yaxından təhlil edib, onların seçicilərlə iş prinsipi yaxından izlənilib, eyni zamanda cəmiyyətə və mediaya münasibətləri də yaxından araşdırılıb və buna uyğun qərar verilib.

Məlumata görə, yaşlı deputatlar da namizədlər siyahısında olmayacaq, YAP yalnız cəmiyyətdə nüfuza sahib olan bir neçə ağsaqqal deputatla yola davam edəcək.
 
Müstəqil deputatların da susqunluğunu məhz bununla əlaqələndirmək olar. Onlar düşünür ki, əgər YAP yenilərsə, onlara da seçki dövründə çətin olacaq.

Ancaq müstəqil deputatların mətbuatdan qaçmaları anlaşılan deyil.
 
YAP-çı deputatları başa düşmək olar ki, onlar hakim partiyanın üzvüdürlər və vahid siyahını gözləyir. Bəs müstəqil deputatlar nəyə görə qərarlarını açıqlamır? Onlar kimi və ya nəyi gözləyir?
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR