Bitərəf deputatların MSK üzvlüyünə namizədləri müəyyən edilib.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, müəyyən edilən 6 şəxsin namizədliyi təsdiqlənmək üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda bitərəf deputatlar MSK-da onları təmsil edəcək namizədləri müəyyən ediblər.
Aşağıdakı şəxslərin namizədliyi təklif edilib:
1. Arifə Muxtarova
2. İlham Məmmədov
3. Nizami Nadirxanlı
4. Fuad Cavadov
5. Qabil Orucov
6. Nailə Əsgərova
Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən, Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.
MSK-nın indiki tərkibinin səlahiyyət müddəti aprelin 15-də başa çatıb.