“Bizim Azərbaycana gec qol vurmağımızın səbəbi rəqibin müdafiə olunması idi. Müdafiədə oturmaq hücum etməkdən daha asandır. Biz doğrudan da çox gec qol vurduq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Sport-ekspress” qəzetinə müsahibəsində Rusiya millisininyarımmüdafiəçisi Vladimir Bıstrov deyib.
Azərbaycanla oyuna görə komandasına edilən tənqidlərə cavabında Bıstrov bildirib ki, onlar rəqibə yuxarında aşağı baxmayıblar: “Belə bir şey ola bilməzdi. Biz oyuna ciddi hazırlaşmışdıq və başa düşürdük ki, qalib gəlməliyik”.
O, komandasının həm Portuqaliya, həm də Azərbaycandakı oyununa beş bal qiymət verdiyini deyib.