‘Biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik’ - ‘Sabah’ qəzetinə cavab

‘Biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik’ -  ‘Sabah’ qəzetinə cavab
SİYASƏT
16:34 04.12.2014
1061

“Sabah” qəzetinin mövqeyi Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna ziddir və erməni dəyirmanına su tökmək məqsədi daşıyır”. Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Türkiyənin “Sabah” qəzetində Dağlıq Qarabağın müstəqil dövlət kimi göstərilməsinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, artıq bir neçə aydır ki, Türkiyədə ermənilərin və erməni təəssübkeşlərinin ciddi fəallığı müşahidə olunur: “Türkiyə ictimai rəyini Ermənistanla təslimçi barışığa hazırlamaq üçün Qərb dairələri tərəfindən maliyyələşdirilən müxtəlif proqramlar və layihələr həyata keçirilir. Türkiyə və Ermənistan jurnalistlərinin, incəsənət nümayəndələrinin qarşılıqlı səfərləri təşkil olunur, müxtəlif konfranslar, dəyirmi masalar və digər tədbirlərin sayı artır. Əsas məqsəd də bir tərəfdən Türkiyə hakimiyyətini qondarma “erməni soyqırımını” tanımağa məcbur etmək, digər tərəfdən də Azərbaycanın maraqları nəzərə alınmadan iki ölkə arasında sərhədlərin açılmasına nail olmaqdır. “Sabah” kimi KİV-lər də obyektiv reallığı təhrif edən, qərəzli materiallar dərc etməklə Qərb dairələrinin təsiri altında olan bəzi daxili qrupların və ermənilərin sifarişlərini yerinə yetirirlər. Görünür, ermənilər bu cür təxribatlarla Türkiyə ilə Azərbaycan xalqlarının birliyini zəiflətmək və dövlətlərarası münasibətlərə zərbə vurmaq istəyirlər. Hesab edirəm ki, biz belə təxribatlara qarşı sərt olmalıyıq, öz sözümüzü deməliyik”.

M.Əhmədoğlu hesab edir ki, Türkiyəni özümüzə müttəfiq, qardaş bilirik. Bu ölkədən ermənilər baş qaldırıb kürəyimizə məhz erməni kimi xəncər vuracaqlarsa, düşünürəm ki, onların indidən cavabı verilməlidir: “Türkiyə qəzetinə ayıb olsun ki, Azərbaycana qarşı bu cür təxribatlara yol açır. Düşünürəm ki, Türkiyənin rəsmi dairələri, rəhbərliyi bu məsələlərə ciddi yanaşacaq. Türkiyənin “Sabah” qəzeti küçələrdən keçən və ötəri, təsadüfi qurum, mətbuat orqanı deyil. Bu qəzet Türkiyənin rəsmi dairələrində akkreditasiyası olan mətbu orqandır. Bu orqan Türkiyənin rəsmi tədbirlərini işıqlandırır və rəsmi tədbirlərə dəvət olunur. Əgər həmin qəzet dünya dövlətlərinin siyahısında “Dağlıq Qarabağ Cümhuriyyəti” sözünü işlədirsə, bu, naşılıq, savadsızlıq deyil, sadəcə erməni dəyirmanına su tökməkdir. Bizim Türkiyə ilə həm milli, həm dini, həm mədəni, həm iqtisadi, ümumiyyətlə bütün sahələri əhatə edən işbirliyimiz var. Bunu hər kəs bilməlidir.

Əgər “Sabah” qəzeti təkzib verməsə, üzr istəməsə, həmin mətbuat orqana qarşı məhkəmə prosesində sonadək varıq. "Sabah" qəzeti BMT-nin, ATƏT-in bir dənə sənədini göstərsin ki, “Dağlıq Qarabağ Cümhuriyyəti” adlı dövlət var?”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
14:57 13.03.2026
Quba Palace Hotel-də Novruz bayramı xüsusi proqramla qeyd olunacaq
Məşhur fenomenin həbs müddəti uzadıldı
14:52 13.03.2026
Məşhur fenomenin həbs müddəti uzadıldı
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
14:51 13.03.2026
"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
14:27 13.03.2026
Dövlət ipotekası ilə mənzil almaq istəyənlər üçün əla xəbər: “Park Yasamal”da mənzillər satışa çıxdı
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
14:09 13.03.2026
Özbəkistan Prezidenti WUF13-də iştirak edəcək
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
14:06 13.03.2026
Türkiyə Müdafiə Nazirliyi İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
13:59 13.03.2026
Bakıda maraqlı toy - Bəy 93, gəlin 42 yaşında - VİDEO
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
13:57 13.03.2026
XİN: İran və İsraildə Azərbaycan vətəndaşlarının xəsarət alması barədə məlumat yoxdur ​​​​​​​
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
13:54 13.03.2026
Prezidentin köməkçisi: Azərbaycan regional dəhlizləri inkişaf etdirir
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
13:53 13.03.2026
ABŞ Mərkəzi Komandanlığı İraqdakı təyyarə qəzasını təsdiqlədi - 4 nəfər öldü
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
13:44 13.03.2026
Tarix Əliyev bu şəxslərə qadağa qoydu
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
13:38 13.03.2026
"Süni intellektlə şəxslərin saxta görüntülərinin yaradılması rəqəmsal terrordur" - Ekspert
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
13:18 13.03.2026
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanıldı
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
13:13 13.03.2026
CNN: ABŞ İranın Hörmüz boğazını bağlama ehtimalını yetərincə nəzərə almayıb
Bu ailələrə hər ay 422 manat verilir
13:09 13.03.2026
Bu ailələrə hər ay 422 manat verilir
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”
13:07 13.03.2026
“50 minə yaxın müəllimin ixtisar riski yaranır”