“Biz bərabərik – Gözdən əlil insanlara dəstək” adlı layihənin açılış mərasimi keçirilib

“Biz bərabərik – Gözdən əlil insanlara dəstək” adlı layihənin açılış mərasimi keçirilib
GƏNCLİK
19:08 03.06.2014
2009

31 may tarixində “Mont İNN” Hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə elan etdiyi C kateqoriyası üzrə “Biz bərabərik – Gözdən əlil insanlara dəstək” adlı layihənin açılış mərasimi keçirilib.

Açılışda gözdən əlil insanlara dəstək məqsədi ilə çəkilmiş sosial çarxın təqdimatı baş tutub. Sosial çarxda bu sahənin vacibliyini gənclərə çatdırmaq, təbliğat işlərinin aparılması, əhalinin məlumatlandırılması və maarifləndirilməsi, diqqətin artırılması göstərilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Dünya Fərzəliyeva bildirib ki, layihənin keçirilməsində məqsəd görmək qabiliyyətindən məhrum olan insanlara dəstək olmaqdır: “Biz onlara daha yaxın olmalı,qayğı göstərməlivə sübut etməliyik ki, onlar bu həyatda yalnız deyillər”.

Dünya Fərzəliyeva qeyd edib ki, Cənab Prezident İlham Əliyevin gənclərə, o cümlədən əlil gənclərə göstərdiyi qayğı hər kəsi çox sevindirir: “Son dövrlər ölkəmizdə açılan xüsusi təmayüllü xəstəxanalar, reabilitasiya mərkəzləri onların istifadəsinə verilib. Məsələn, gözdən əlil vətəndaşlar üçün tikilən reabilitasiya-bərpa mərkəzi isə cəmiyyətin ən böyük uğurlarındandır. Gözdən əlil insanlar hal-hazırda həmin mərkəzin xidmətlərindın təmənnasız istifadə etmək hüququna malikdirlər”.

Azərbaycan Respublikası Əlil Cəmiyyətitəşkilatının üzvü İdrak Əliyev çıxışında əlilliyinin gündəlik həyatına təsirindən, lakin səbirlə bunu qarşıladığı və dövlətin onlara göstərdiyi qayğıdan danışıb.

Tədbirin qonaqları Azərbaycan Respublikası İnsan hüquqlari üzrə müvəkkilinin ixtisaslaşmış müşaviri, elmi-analitik sektorun baş məsləhətçisiMüqalib Mahmudov, Əlillərin cəmiyyətə inteqrasiyası İctimai Birliyinin sədriRamilə Mahmudova, Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi İctimai Birliyinin sədriCavid Quliyev və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-analitik mərkəzin katibiƏbülfəz Babazadə çıxışlarında dövlət tərəfindən əlil insanlara göstərilən qayğı və diqqətdən söz açıb və bu tip layihələrin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi görmək qabiliyyətindən məhrum olan insanlara dəstək olmaq, onlara daha yaxın olaraq qayğı və həyatda tək olmadıqlarını nümayiş etdirməkdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək