Samir İSKƏNDƏROVBiz hara gedirik? Son zamanlar cəmiyyətimizdə yaranmış və yaranmaqda olan yeni qruplar arasında bir az canlanma hiss olunmaqdadır.Bu canlamanın səbəbi olduğu kimi nəticəsi də təbi ki, olacaq!Hər kəsə məlum olan şeylərdən biri də,son zamAnlarda dövlətimizə qarşı olan təzyiqlər nə qədər artıb və güclənməkdə olan yüksələn xətlə davam etməkdədir. Asan deyil eyni anda həm Rusiya, həm ABŞ və daha sonra İsrail, İran və Türkiyə maraq və istəklərini yerinə yetirmək.Hər kəsin marağı olduğu kimi bu təsir və təziqlərdə cəmiyyətimizdə yenicə pöhrə verməkdə olan qruplar da öz maraqları çərçivəsində istifadə edərək bir şeylər əldə etməyə çalışırlar. Ama onların anlamadığı bi şey var ki, ilk öncə onların yaranış və doğum səbəbləri nə olub?!Xidmət etdikləri maraqları qüvvələri nədənsə çox tez unudurlar və unudublar!Müxalif qruplar illərdir həsrətində və arzusunda olduğu çevriliş, inqilab və s. idealar uğrunda nifrət alovları içərisində yanmaqdadırlar.İqtidar hakimiyyət qrupları isə ancaq iqtidarı yəni hazırkı hakimiyyəti tərifləməklə başlarını qatırlar!Digər qruplar isə ağalarından xəbər və işarətlər gözləyirlər hansısa addıları atmaq üçün!Müxalifət qruplarında olan dostlarla söhbət etdiyim zaman alovlu və kinayəli şəkildə bəzən haqlı bəzənsə haqsız olaraq üsyan edərcəsinə deyirlər: Nə zamana qədər gənclik deyəndə Ceyhun Osmanlı ve Fuad Muradov nəzərdə tutulacaq? Nə zamana qədər dövlət tərəfindən ayrılan maliyyənin diqqət və qayğının böyük hissəsi onlara və onların ətraflarında toplaşmış şəxslərə və onların qruplarında olan gəncliyə yönələcək? Axı onlardan başqa da fəal sayıla biləcək Seymur Orucov (Yap gənclər təşkilatının sədri), Səxavət Soltanlı, Əbülfəz Qurbanlı, Ramin Hacılı,Bəxtiyar Hacıyev, Elnur Məcidli, Emin Milli və. s kimi gənclər də var?! Ad siyahısını çox uzatmaq olar həmçin xanımlardan sanki yalnızca Gülsel Səfərova mı var?Dərindən düşünəndə hardasa onlara da haqq vermək olur!Digər hakimiyyətə yaxın tərəfdəki dostlarla söhbət etdikdə onlar da maraqlı fikirlər irəli sürürlər. O, gənclərin xaricə işlədiyini və dövlətimiz üçün böyük təhlükə mənbələrindən biri olduqlarını dəlicəsinə sübut etmək istəyirlər...Ama hər iki tərəfin də unutduğu və bəzən də xatırladıqları zaman qəbul etmək istəmədikləri bir şey var ki, bitərəf gənclik də formalaşmaqdadır. Doğrudur o bitərəf gənclik hazırda gözü bağlı bir şəkildə dərin yuxudadır ama nə vaxtsa onların da gözləri açılacaq və dərin qış yuxusundan oyanacaqlar!O, bitərəf gəncliyin gözünün açılması və yuxudan oyanması heç kəsə sərf etmir! Nə hazırkı iqtidara, nə hazırkı "müxalifətə" nə də ki, xarici qüvvələrə...Onlar da bundan dolayı o gəncliyin gözlərini daha da möhkəm möhkəm bağlayaraq səssizlik içində yatmaları üçün hər şey etməkdədirlər.Zənn edirlər ki,gəncliyin başını ancaq müxtəlif əyləncələrlə qatacaqlar sonacan! ama nə zamana qədər? Təbii ki,hər şeyin bi sonu olur!Hazırda ən çox tərpəniş "müxalifət" cəbhəsində hiss olunmaqdadır. Amma o qədər zəif və enerjiləri tükənmiş haldadırlar ki, qışqıracaq, kömək çağıracaq halları belə yoxdur!Gəlin bir anlığa dərindən düşünək özümüzə sual verək: hazırkı müxalifət nədən bu qədər zəifdir?Bu suala çox cavablar tapmaq olar müxtəlif şəkillərdə!Amma ən başlıca faktorlardan biri kimi özlərinin ən çox savundukları, dəm vurdukları demokratiya yoxdur içlərində və içlərində hər kəs bir- birinə haranınsa bir yerin adamı kimi baxır! Yəni daha da açıq desək satqın kimi baxır! O zaman məndə belə bi sual meydana gəlir: Müxalifət satqınların yığışdığı bir düşərgədir ki?Hərdən mətbuat vasitəsi ilə müxalif liderlər çox gülünc fikirlər və cəiyyətə ünvanladığı suallarla dolu çıxışlar edirlər ki,bir şəxs nədən 15-20 il nazir olur? cəmiyyətdə nədən demokratiya yoxdur?Ama özləri bu kimi sualları ilk öncə özlərinə vermirlər ki,bu qədər biabırçı məğlubiyyətlərdən sonra hələ də nə isdəyirlər bu cəmiyyətdən? Hansı üzlə hələ də nələrdənsə danışaraq hansısa iddialarla çıxışlar edə bilirlər?Öncə özləri olduqları siyasi partiyalarda Tutduqları mövqələrdən vəzifələrdən İstefa verməyi bacarsınlar daha sonra kimləri isə nələrə isə səsləsinlər! (Başda İsa Qənbər və Əli Kərimli olmaqla köhnədən qalan hər kəsə aiddi bu!) Məğlubiyyət məğlubiyyətdir və müharibələrdə qayda olmur, ədalət olmur! Kim hansı yollarla nədən bacardı istifadə edir ki, təki qarşısındakı düşməni məğlub edərək məhv etsin! Bu da qəbul olunmuş ümumi beynəlxalq normadı!Çoxlarının anlamadığı və anlamaq istəmədikləri bi şey var ki,öncə vacib olan insanların düşüncəsində təfəkküründə olan inqilabdır!Deyək ki, bu hakimiyyət devrildi ya sonra nə olacaq? Durum bundan da mı gözəl olacaq?Hazırki "müxalifətin" Rusiya kimi nəhəng dövlətin təsirlərinə qarşı sinə gərə biləcək Ramiz Mehdiyevləri var mı? Və ya ABŞ və Avropadan gələn təsirlərin qarşısını ala biləcək Kəmallədin Heydarovları necə? Daha çox adlar çəkmək olar amma...Anlaya bilmirəm ki, nədən var olan yetişmiş güclərimizi məhv etmək istəyirik?Guya bunlar gəldi necə olacaq? Vəziyyət daha da mı, yaxşı olacaq? İndi 20 il də bunların mı özünə gəlib güc toplamağını gözləyəcək bu xalq?Doğrudur cəmiyyətimizdə neqativ hallar çoxdur ama bu neqativ halları hakimiyyətdə çevriliş etməklə aradan qaldırmaq məncə mümkünsüzdür!Çünki, əsas problem iqtidarda deyil əsas problem bizim cəmiyyətimizin insanlarının düşüncə və təfəkküründədir!Məncə biz nələri isə dəyişdirmək istəyiriksə ilk öncə dəyişikliklərə özümüzdən başlamalıyıq!