"Biz İsrailin təhlükəsizliyinə sadiqik" - Fransanın müdafiə naziri

"Biz İsrailin təhlükəsizliyinə sadiqik" - Fransanın müdafiə naziri
DÜNYA
12:13 19.04.2024
99
Fransanın müdafiə naziri Sebastien Lekornu Tel-Əvivin təhlükəsizliyinə sadiq olduqlarını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, o, israilli həmkarı Gallanta ünvanladığı mesajda "Biz sizin təhlükəsizliyinizi təmin etməyə sadiqik" deyib.

Lekornu bildirib ki, görüş zamanı İranın İsrailə hava hücumunu bir daha pisləyiblər.

Lekornu Fransanın İsrailin təhlükəsizliyinə sadiqliyini bir daha vurğulayıb. Digər tərəfdən, Lekornu Yaxın Şərqdə gərginliyin artmasının heç kəsin marağında olmadığını bildirib.

Fransalı nazir bəyan edib ki, ölkəsi bunun qarşısını almaq üçün bütün təsirindən istifadə etməkdə qərarlıdır.

O həmçinin xatırladıb ki, Fransa Qəzzadakı təcili humanitar vəziyyətə görə tezliklə atəşkəs əldə etmək istəyir.

Ayşən
OXŞAR XƏBƏRLƏR