Görəsən azərbaycanlılar daha çox nəyə gülür? AZXEBER.COM-un məlumatına görə, Day.Az saytı bu sualla tanınmış ictimai xadimlərə, mədəniyyət və şou-biznes təmsilçilərinə müraciət edib.Milli Məclisin deputatı Jalə Əliyeva: «Məndə, getdiyi yerə uyğun geyim geyinməyənlər gülüş doğurur. Özünü olduğu kimi yox, başqa cür göstərmək istəyənlər haqda da eyni sözü deyə bilərəm. Amma ümumilikdə bu, geniş anlayışdır. Odur ki, konkret nəsə demək istəməzdim».Politoloq Elçin Mirzəbəyli: «Bizim çox şən kollektivimiz var. Rdur ki, hər 10 dəqiqədən bir gülüşürük. Cəmi bir neçə dəqiqə əvvəl çox ürəkdən gülmüşəm. Amma səbəbini açıqlaya bilmərəm. Amma bu məsələyə fərdi yanaşma olmalıdır. Çünki insanların yumor hissi müxtəlifdir. Ümumilikdə isə biz azərbaycanlılar xüsusi mənası olmayan zarafatlara, lətifələrə, bir-birimizə gülürük».Kinorejissor, ssenariçi və kinoşünas Ayaz Salayev: «Elə indi son dəfə nə vaxt ürəkdən güldüyümü xatırlamaq istədim və başa düşdüm ki, son 10-15 ildə bu, baş verməyib».Məşhur nasir, kinodramaturq Natiq Rəsulzadə: «Məsələn, bu sual məndə gülüş doğurdu. Həyatda gülməli situasiyalar çoxdur. Ümumilikdə isə bu, insandan asılıdır. Hər şeyidə «qızıl orta» olmalıdır – həm gülməkdə, həm ağlamaqda».Populyar müğənni Ədalət Şükürov: «Mən daha çox dostların zarafatlarına gülürəm. Son dəfə də belə olub. Mənim bir dostum yıxılan adam görəndə gülür. Əslində bu, gülməli deyil. Amma o, belə halla rastlaşdıqda özünü saxlaya bilmir».Teleaparıcı Nərgiz Cəlilova: «Daim nəyəsə gülürük. Bu, həm acı, həm təbii gülüş ola bilər. Daha çox komediyaya baxdıqda, dostların zarafatına gülürəm. Bəzən ən kiçik, adi şey gülüşə səbəb ola bilər».Populyar müğənni Nura Suri: «Elə indicə oğlum Davidin mahnı dinləməsinə və rəqs etməsinə gülürdüm. Onunla rəqs etməyə başladım. Əksər hallarda onun hərəkətlərinə gülürəm. O, Maykl Cekson kimi rəqs etdikdə buna necə gülməyəsən?»Yumorist Elməddin: «Son dəfə filmə baxarkən ürəkdən gülmüşəm. 2000-ci ilədək hərəkətlərə gülürdüm. İndisə daha çox sözlərə gülürəm».Populyar prodüser Tolik: «Azərbaycanda kiminsə ünvanına ittihamlar, tənqid və təhqirlə dolu müsahibə verən anlaşılmaz insanlara gülürlər. Reklam naminə dalaşan və barışan insanlara gülürəm. Son dəfə anamı yola salarkən ürəkdən gülmüşəm. O, xaricdə yaşayır. Ölkəni tərk edən zaman annam özü ilə apardığı veşə gülmüşəm. Onun nə olduğunu açıqlaya bilmərəm. Amma bunu biləndə gülməkdən az qala ürəyim gedirdi».