Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident

Biz onu “Qafqazın Xirosiması” adlandırırıq - Prezident
SİYASƏT
14:37 18.05.2026
340
Hazırda hökumətin qarşısında duran vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır.

AZXEBER.COM xəbər verir ki, bunu Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq orada hərtərəfli miqyaslı dağıntılar olduğunu bildirib.

Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini də vurğulayan Prezident qeyd edib: "Biz onu "Qafqazın Xirosiması” adlandırırıq, çünki şəhər demək olar ki, mövcud deyil”.
OXŞAR XƏBƏRLƏR