"Biz PSJ-yə titullar qazandırmaq üçün buradayıq" - Edinson Kavani

"Biz PSJ-yə titullar qazandırmaq üçün buradayıq" - Edinson Kavani
İDMAN
15:12 09.05.2018
4805

Gələcəyim PSJ ilə bağlıdı. Buna şübhəm yoxdu. Yaxşı, eyni zamanda gərgin bir mövsüm geridə qaldı. Belə anlardan zövq almalıyıq. Azarkeşlərdən razıyam və burada olmaqdan məmnunam.


AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki,  busözlər son günlər PSJ-ni tərk edəcəyi barədə xəbərlər çıxan Edinson Kavaniyə məxsusdu.

Fransa kuboku zəfərinə toxunan uruqvaylı futbolçu baş məşqçi Unai Emeriyə təşəkkürünü bildirməyi də unutmayıb: "Fransa kubokunu dörd il ardıcıl qazanmaq PSJ-nin tarixi adına önəmlidi. Biz kluba titullar qazandırmaq üçün buradayıq. Unai Emeriyə minnətdarlığımı bildirmək istəyərdim. O, PSJ naminə hər şeyini qurban verdi".


PSJ Fransa kubokunun finalında "Le Arbye" komandasını 2:0 hesabı ilə məğlub edərək, 12-ci dəfə sözügedən titula sahib çıxıb.

Qeyd edək ki, dünya idman mətbuatında Edinson Kavaninin "Atletiko"ya keçmək adına hətta maaşında endirimə getməyə hazır olduğu yazılmışdı.

OXŞAR XƏBƏRLƏR