"Biz qalib ölkə kimi əbədi yaşayacayıq"

"Biz qalib ölkə kimi əbədi yaşayacayıq"
SİYASƏT
12:49 29.06.2022
655
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasəti və ordumuzun qəhrəmanlığı nəticəsində 30 il düşmən tapdağı altında qalan ərazilərimiz 44 günlük müharibə nəticəsində işğaldan azad edildi.

Bu gün  Azərbaycan xalqı Azərbaycan ordusu ilə qürur duyur.  Azərbaycan Silahlı Qüvvələri ilə fəxr edir.
Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, qalib ölkədə Ordu gününü qeyd edir!. 

Azərbaycan ordusu öz vəzifəsini şərəflə yerinə yetirib ,Qarabağı əsl sahibinə geri qaytardı. 44 günlük Vətən müharibəsində hər kəs bir olub, bütün gücünü səfərbər edib və  Azərbaycan xalqının birliyini  bütün dünyaya sübut edib.

Azərbaycan Xalqı hər zaman olduğu kimi birdir və bir olacağ.

44 günlük Vətən müharibəsində haqq-ədalət bizim tərəfimizdə idi , Beynəlxalq hüquq bizim tərəfimizdə idi. Biz qeyri-qanuni heç bir iş görmürdük. Yalnız haqqı, ədaləti bərpa edirdik.

Bizim torpaqlarımız işğal altında idi və Azərbaycan xalqı heç bir zaman bu işğal ilə barışmayacaqdı, Azərbaycan Ordusu və xalqı bütün dünyaya sübut etdi ki,  Qarabağ Azərbaycandır!.

Azərbaycan Dövlətinin sürətlə inkişaf etməsi, iqtisadi müstəqilliyini təmin etdi və qələbəni daha da yaxınlaşdırdı.

Biz Müzəffər xalq kimi, Müzəffər Ordu kimi, Qalib dövlət kimi bundan sonra da əbədi yaşayacağıq.

Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək üçün respublikamızda bir çox tədbirlər görülür. Çox sevindirici haldır ki,  bu gün Azərbaycan gəncliyi vətənpərvər ruhda böyüyür. 

44 günlük Vətən Müharibəsi bütün dünyaya göstərdi ki , bizi qələbəyə aparan ən başlıca amil bizim Milli ruhumuz, birliyimiz, vətənə sevgimizdir.
Demək olar ki, Azərbaycanın hər bir bölgəsində 44 günlük Vətən Müharibəsinin şanlı Azərbaycan Ordusunun Qələbəsi nəticəsində Azərbaycan gənclərinin Azərbaycan Ordusuna daha da həvəsi artıb.

Həyata bir dəfə gələn hər kəs ayağını möhkəm basdığı torpağın Vətən olduğunu dərk etməlidir.! 

Sevindirici haldır ki, son illər xalqımızın və dövlətimizin yetişdirdiyi gənclərdə  vətənpərvərlik hissi elə bir zirvəyə ucaldı ki, bütün dünya  buna heyran qaldı.
Cəmi 44 gün ərzində Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovdu, düşmənə diz çökdürdü. Qarşı tərəf məcbur olub Kapitulyasiya aktına imza atdı. Bunun nəticəsində isə düşmən verilən müddət ərzində qalan ərazilərimizi  bir güllə atılmadan belə boşaltdı.

Çox çətin reylefi olan ərazini - Şuşa kimi alınmaz qalanı cəmi az bir müddətdə  azad etmək Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur, bunun nəticəsidir ki,  biz bu gün Qalib Xalq kimi yaşayırıq.

Tarixi Zəfərimiz yüz illər ərzində Azərbaycan xalqının dilində əzbər olacaq və əbədi yaşayacaq.

 Möhtərəm  Prezidentimiz Müzəffər Ali Bas Komandan İlham Əliyev yaxın günlərdə Kəlbəcərdə səfərdə oldu. Kəlbəcərdə İstisu sanatoriyasının təməlini qoydu. Bu, bizim üçün böyük, qürurverici bir hissdir. 

Buraya və demək olar ki,  bütün işğaldan azad olunmuş ərazilərimizə xarici ölkələrdən turistlər gələcək.
   
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əsas məqsədlərindən biri də şəhid ailələrinin və Müharibə əlillərinin sosial rifahının yaxşılaşdırılmasıdır. Bu gün şəhid ailələrtinə ev verilir, yaşayış şəraitləri yaxşılaşdırılır. Şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərilir. Qazilərimiz müalicəyə göndərilir, uyğun işlə təmin edilirlər.

Xalqımız üçün, vətənimiz üçün hər an canımızdan keçməyə hazırıq. Prezidentimizin ətrafında sıx birləşərək bir qarış torpağımızdan belə keçməyəcəyik.

Xəqani Muradov Vətən Müharibəsi qazisi
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər