'Biz qələbə üçün meydana çıxacayıq'

İDMAN
12:56 16.02.2012
1474

İstanbulun "Qalatasaray" futbol klubunun çexiyalı futbolçusu Tomas Ujfalusi bir sıra açıqlamalarla çıxış edib.

AZXEBER.COM xəbər verir ki, səfərdə "Mersin İdman Yurdu" ilə sabahkı qarşılaşma barədə danışan İstanbul klubun futbolçusu bildirib ki, bir sıra komandalar "Qalatasaray"a qarşı xüsusi motivasiyada mübarizə aparırlar. O, hazırda Türkiyə Superliqasında lider olmalarının onlar üçün böyük avantaj olması ilə yanaşı, eyni zamanda ciddi məsuliyyət yükü olduğunu da dilə gətirib. Çexiyalı futbolçi, sabahkı çətin qarşılaşma barədə danışarkən bildirib ki, onlar meydana yalnız qələbə üçün çıxacaqlar və liderliklərini daha da möhkəmləndirməyi düşünürlər.

OXŞAR XƏBƏRLƏR