‘Biz şəhidlərimizin intiqamını tezliklə alacağıq’ – Müdafiə naziri

‘Biz şəhidlərimizin intiqamını tezliklə alacağıq’ –  Müdafiə naziri
SİYASƏT
12:00 19.04.2014
1359

“Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı, işğaldan azad edəcəyik.

AZXEBER.COMTrendistinadənxəbərverirki, bunumüdafiə naziri, general-polkovnikZakirHəsənovBakıdaCəmşidNaxçıvanskiadınaHərbiLiseydə "CəmşidNaxçıvanskiadınaHərbiLiseyGünü" münasibətilə keçiriləntəntənəlimərasimdə bildirib: “ÖlkəmizErmənistansilahlı qüvvələrininhücumlarınaməruzqalanda, düşməntorpaqiddiaları ilə Qarabağahücum çəkəndə Vətənin çağırışnailkolaraqCəmşidNaxçıvanskiadınaHərbiLiseyinyetirmələrigəldilər. Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu, öz sağlamlıqlarını itirdi. Mən bu gün şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, Heydər Əliyevin siyasi, iqtisadi, sosail-mədəni siyasətini uğurla davam etdirən, prezident kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımızın rəhbərliyi ilə biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik".

Müdafiə naziri qeyd edib ki, bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Neçə illərdir ki, blokada şəraitində yaşayan Naxçıvan dinamik sürətlə inkişaf edir və etibarla qorunur. Digər bölgələlərimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir: "Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır".

OXŞAR XƏBƏRLƏR