"Biz səninlə sevgili olmuşuq, sevgini danmaq kişilik deyil, Tacir" - Fədayə Laçın

"Biz səninlə sevgili olmuşuq, sevgini danmaq kişilik deyil, Tacir" - Fədayə Laçın
MAQAZİN
16:50 05.10.2017
31842
Müğənni Fədayə Laçın bir zamanlar duet ortağı olan Tacir Şahmalıoğlu ilə sevgili olmasını etiraf edib. 

AZXEBER.COM-un məlumatına görə, sherg.az-a açıqlama verən ifaçı bu sözləri deyib: 

"Tacir bununla nə deməyə çalışır? Bu söz-söhbəti mən yenidən gündəmə gətirmişəm? Onu narahat edirsə, danışmasın. O, verilişlərdə bu barədə danışır. Hansı ki, biz onunla bu gün də məclislərdə görüşəndə, restorana xaş yeməyə gedəndə normal ünsiyyətimiz var. Biz süfrə arxasında hamıyla oturub çörək yeyirik. Onda niyə mənə heç nə demir? Çəkilişlərə bir yerdə gedirik. Sonra nə baş verir, onu bilmirəm? Bilmirəm gündəmə gəlmək istəyir bu söz-söhbətlə? Ayıbdı.
 
İkincisi deyir ki, ailəsi var, belə söz-söhbət ona yaraşmır. Bu sözü mənə atır? O, əgər hörmətli, sözü keçən oğlan olsa, jurnalistə elə bir tonda deyər ki, nə şiş yanar, nə kabab. Məsələn, "bu barədə bir də mənə sual vermə”. Necə ki, mən deyirəm ki, "mənə bu barədə sual verməyin”. İndi qoçağın biri çıxıb onu danışdırıb, o da danışıb. Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Elə belə də yazın. Nə deyirəm yazın. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidi. Yalan danışmağın nə mənası var. Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bığırırdı ki, sevirəm. Deyirdim a balam, belə reklam eləmə. Deyirdi ki, yox, sevirəm. Mən ondan küsən kimi "Xarı bülbül” restoranında yıxılırdı güllərin üstünə, ağlayırdı, oxumurdu. 
 
Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar ki? Sevgi günah deyil ki. Allahın verdiyi hissdi. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Mən də sevmişəm. Burda nə var ki? Mən cansız əşya deyiləm ki, hisslərim olub. Mən sevgi nədi bilmirəm? Qısqanırdı da, qadağaları olurdu da. İndi illər ötüb, hərə öz işində, gücündədi. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik