"Biz yurdumuzun film sektorunun fahişələriyik" - Hekayə

"Biz yurdumuzun film sektorunun fahişələriyik" - Hekayə
MARAQLI
18:10 16.01.2014
2872

Sənan Əlləz

(Bu Hekayə çox sevdiyim Yılmaz Güneyin yaşayaraq söylədiyi bir cümlə üzərində qurulub)

Hekayə çox yaxın uşaqlıq dostu olan bir rejissorla və bir aktyorun başlarına gələn hadisə ilə bağlıdır. İllər sonra bir film festivalında rejissor mükafatı aldığı zaman zalda əyləşən aktyor dostunu işarə edərək “o və mən” yurdumuzun filminin fahişələriyik deyəcəkdi.

Çox çətin və çox kasıb böyümüşdülər.Rejissorun atası və anası onun dörd yaşı olarkən boşanmış və o anası ilə birlikdə böyük şəhərin çox kasıb məhəllələrindən birinə köçmüşdü. Bu məhəllədə özündən doqquz ay böyük aktyorla tanış olmuş və onunla çox möhkəm dostluq qurmuşdu. Aktyor hər zaman rejissora mən səndən “bir qarın” böyüyəm deyərək onu qorumağa və söz haqqını əlindən almağa çalışırdı. Onların necə aktyor və rejissor olduğunu yazan deyiləm çünki həyat belə doğulmalarını istəmişdi. Amma onları bu istiqamətə yonəldən kiçik bir hadisəni yazacam. Kiçik yaşlarından su satan, konduktorluq edən, maşın təkəri qaraldan bu dostların doğru-düzgün uşaqlığı olmamışdı. İlk dəfə şokoladı 14 yaşları olanda yemişdilər. Hər şey də bu şokoladın dadına olan həvəsdən başlamışdı. 

Məskunlaşdıqları məhəllənin tam qarşısında zəngin ailələrin yaşadığı qəsəbə var idi. Bu iki dost hər zaman evlərin damına çıxıb qarşıdakı çoxmərtəbəli evlərin zənginliyinə və parıltısına həsədlə baxırdılar. Həmişə öz aralarında danışırdılar ki, həmin parıltılı evlərin stollarında çoxlu şokaladlar var. O evlərdəki uşaqlar gündə istədikləri qədər şokolad yeyir, hətta yay aylarında ərimiz şokoladı ləzzətlə yalayırlar. Öz aralarında dadını fərqli düşünürdülər, biri alma, bir digəri çörək dadı kimi düşünür, hərdən isə dama başqa heç bilmədikləri cənnət dadı kimi hiss edirdilər. Amma şokoladın dadını səkkiz yaşlarına qədər bilmirdilər. Nə evdə alan olmuşdu, nə də satdıqları suyun, qaraltdıqları təkərin pulundan ayırıb özləri almışdılar.Günlərin bir günü adını eşidib dadını bilmədikləri və daima zənginlərin süfrələrini bəzəyən şokolad eşqini dadmaq üçün zəngin məhəlləsinə yollandılar. Bu varlılar yaşayan məhəllənin par-par yanan asfaltının üzərində üz-gözündən qan daman varlı uşaqlarının mübahisə etdiyini görüb uşaq sədəlövlüyü ilə onlara yaxınlaşdılar. Qarşılarındakılar da sadəlövh zəngin uşaqlar idi, amma oynadığı oyunlarla böyükləri xatırladırdılar. Əyinlərində çox köhnə və kasıb paltarlı bu iki uşağı görən kimi iki zəngin uşaq dedi:

Biz at yarışdırmaq istəyirik, amma atımız yoxdur. Siz bizim atımız olun, əvəzində isə biz sizə pul verək.

Aktyor “bir qarın” böyük olduğunu vurğulamış və rejissora ağzını açmağa imkan vermədən:

Pul istəmirik, şokolad istəyirik.Sizin evinizdə şokolad var? Siz bizə şokolad verin, biz isə əvəzində sizə at olaq.

Rejissor da eyni şeyi soruşmuşdu :sizdə şokolad var?

Zəngin uşaqların ürəyi bulanırdı şokoladdan. Onların soyuducusunda hətta şokolad yağı, şokoladlı tubiklər, kiloqramı qızıl qiymətinə olan şokoladlar belə var idi.

Siz at olun nə qədər istəsəniz şokolad verərik demişdi porsuqsifətli zəngin balası.

Bütün dünya bizim qəhərəmanların olmuşdu. Rejissor və aktyor sevincək küçəni dönən zaman onlar kimi üç atın və onların şokoladlı “sahibi” kimi üç gombul uşağın yarış üçün məşqlər etdiyini gördülər. Varlı uşaqlardan ən gombulu əlindəki kəməri havada sağa-sola sallayaraq: siz bizim yarış atlarımızsınız. Biz sizə görə puldan mərc gəlirik, kimin atı qalib gəlsə pulun hamısı onundur. Yaxşı yarışın ha.

Aktyor və rejissor digər üç uşaq kimi sırada durub at səsi çıxara-çıxara ən gombulun kəmərinin səsini gözləyirdilər. Kəmər səsi eşidildi və bu beş uşaq küçənin başına qədər qaçmağa başladılar. Aktyor cəld və çevik olduğu üçün hər kəsi qabaqlamış və birinci çatmışdı.Arxaya baxanda isə kefi korlanmışdı, çünki rejissor sonuncu gəlmiş və öz “sahibindən” möhkəm kəmər zərbəsi yemişdi. Bunu görən aktyor gombul və varlı uşağın üstünə yerimiş əlindəki kəmərlə ona bir-iki çəkmiş və üzünü divarın dibində burnunun fırtılığını axıdaraq ağlayan rejissora tutaraq:” bundan sonra heç kimin atı olmayaq, hətta şokolada görə olsa da” demişdi.

Bu hadisə onların səkkiz yaşı olanda yaşanmışdı. Tam altı il sonra hər ikisi ailələrinə verdiyi puldan artıq pul saxlaya bilmiş və o zaman şokoladın dadının nə olduğunu anlamışdılar. Şokolad dadından tam iyirmi il sonra yəni 34 yaşlarına gəldikdə bu hekayəni ssenariləşdirib bir film çəkib xaricdəki film festifallarının birində birinciləyə layiq görülən zaman, əvvəlcədən planlaşdırdıqları kimi, özlərinə bu həyatdakı ən layiqli qiyməti bütün dünyanın gözü qarşısında vermişdilər. “Aktyor və rejissor, o və mən yurdumuzun film sektorunun fahişələriyik”.

OXŞAR XƏBƏRLƏR